Gevondyanın, Seyranyanın və Mnatsakanyan yekdil fikri: “Artsax”artıq yoxdur”
Cənubi Qafqaz regionunda siyasi gərginliyin pik həddə olması heç kəsin gözündən yayınmır. Demək olar ki, bütün dünya nəfəsini tutaraq prosesləri diqqətlə izləyir, hansı dövlətin daha qərəzli, məkrli gedişlər etdiyinin də fərqindədir. Bütün bunlara baxmayaraq, bəzi Qarabağ gerçəkləri də var ki, Ermənistanda çox az sayda olan ağıllı adamlar artıq bunun fərqindədir.
O, gerçəkliyin də biri həmin ağıllı ermənilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi ”statusun cəhənnəmə vasil olması”nı görməsi, “gorbagor olmasını” təsdiqləməsidi
Yəqin ki xatırlayırsınız politoloq Alen Gevondyan ötən aylarda “Artsax” dan danışmağın artıq məsələ olduğunu bildirməsi, nə olub –bitdiyini hələ də anlamayan, daha doğrusu anlamaq istəməyən separatçı – revanşist ermənilərə şillə effekti oldu: “Artsax məsələsi artıq yoxdur və gözlənilən qeyri-sabitlik hətta bölgənin xəritəsini dəyişə bilər” deyə, açıqlama verib. Eyni fikirləri Ermənistanın keçmiş təhsil naziri, Daşnaksütyun partiyasının üzvü Spartak Seyranyan hələ 2021-ci ilinəvvəlində söyləmişdi: “Azərbaycan ordunu gücləndirəndə bizimkilər rəqs edir, flaşmob keçirirdilər. Nəticə göz qabağındadır. İndiyə qədər “Qars nə oldu”, “Sarıqamış nə oldu”, “dənizdən dənizə Ermənistan nə oldu” deyirdik, bundan sonra “Qarabağ nə oldu” da əlavə olundu. Artıq Qarabağ yoxdur, biz dənizdən-dənizə Ermənistan haqqında danışırıq”.
Görünən odur ki, bu gerçeyi artıq ermənilər anlamağa başlayır.
Adalet.az Aysor.am-a istinadən xəbər verir ki, erməni siyasi şərhçi Romella Mnatsakanyan hazırkı durumu şərh edərkən bildirib ki, artıq “artsax” yox oldu, növbə Ermənistanındır: “Türkiyə NATO-da ikinci güclü dövlətdir və böyük nüfuza malikdir. Rusiya ilə arasında genişmiqyaslı müharibə başlasa, NATO Ankaraya tam dəstək olacaq. Buradan isə Ermənistanda da revaşist qüvvələr qalib gəlsə, bu, bizim dövlətin sonu olacaq. Ermənistan da “artsax”ın arxasınca məhvə məhkumdur. Biz Azərbaycanın növbəti qalibiyyətinin şahidi ola bilərik. Rusiyanın isə Ermənistan vecinə olmayacaq, çünki başı özünə qarışacaq”.
Qeyd edək ki, ötən aylarda İrəvanın mərkəzində Rusiyaya qarşı “satqın Rusiya” pankartı açıb, aksiya keçirənlər haqqında tanınmış politoloq Qriqori Trofimçuk 1 in.am erməni portalına müsahibəsində bu sözləri söyləmişdi: “Rusiya əlini üstündən çəksə, Ermənistan postsovet xəritəsindən silinəcək. Özü də təkcə Ermənistan yox”.
P.S. Bu o deməkdir ki, Ermənistan sadəcə Rusiyaya lazımdır. Rusiya isə dünyada nüfuzu sürətlə aşağı düşən, çökdürülən, çökən bir ölkədir. Yəni, Ermənistan artıq heç Rusiyaya da lazım deyil... Nəhayət “ Ermənistan heç kimin vecinə deyil” gerçəyini ağlı olan ermənilər anladılar...
Əntiqə Rəşid
Digər Xəbərlər
31 Mart 2026 10:51
“40 milyon soydaşımızın tükünə ziyan dəyməsin istəmirik...”
31 Mart 2026 10:48
Paşinyan bunu desə, ermənilər ona səs verməyəcək – Politoloq
31 Mart 2026 09:20
Prezident Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
30 Mart 2026 23:07
Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu
30 Mart 2026 13:19
“Türkiyə bu iki dövlət arasında bir neçə dəfə vasitəçilik etsə də...”
30 Mart 2026 09:45
“Fransa bu müharibədə İranla qarşıdurmadan qaçmağa üstünlük verir...”
29 Mart 2026 17:17
Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evlərdir - RƏSMİ
29 Mart 2026 15:42


Bakı -°C

