adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 May 2017 12:08
196142
RUBRİKA

"Gördüyüm yuxudan sonra 8 ay müalicə aldım..." - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibindəveyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı" rubrikasının bu dəfəki qonağı Türkiyədə yaşayan yazar Şəbnəm Qarslıdır. Adalet.az müsahibəni təqdim edir:


-Froyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

-BəzənFroydla razılaşmaq olur, həqiqətən də azuladığım, uzun zaman görmədiyim əzizlərimiyuxumda görürəm. Amma bir çox hallarda yuxularım mənasız olur, çox yuxu görənbiriyəm və əksəriyyətinin arzularımla bir bağlılığı yoxdur.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Yuxularımhəyatıma təsir etməzdi. Ta ki, atam rəhmətə gedənə qədər. Məni təsiri altınaalan və bütün psixologiyamı məhv edən yuxular başlamışdı. Hər gecə təkrarlanırdı,hər gecə yanıma gələr və məni yanında görmək istədiyini deyirdi. Bir dəfəyuxuda gördüm ki, atam yataq otağımızdadır, mənim əlimdən tutub balkonaçıxardı, "Gəl buradan atla, yanıma gəl” dedi. Gözlərimi açdığımda gecəliklərimləbalkonda olduğumu anladım, gecə saat üç radələri idi, qorxu içərisində özümüotağa atdım. Yoldaşımın təkidi ilə səhəri gün psixiatra müraciət etdik, səkkizay sürən müalicə başladı. Ancaq ondan sonra yuxularımda atam məni çağırmamağabaşladı. Yuxular psixikanın pozulmasından da ola bilir, daha bilgili davranıbmütəxəssislərə müraciət etmək lazımdır.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Çox fərqlivə heç görmədiyim yuxu olanda maraq hissi güc gəlir və internetden yozumlarabaxıram. Hətta doğru çıxdığı da olur. Amma hər dəfə deyil, yozumlara uymayanyuxularım da olur.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-İnanıram və bunuyaşamışam da. Atamla bağlı yuxularımın ən sonuncusunda atam vidalaşdı, qanadlanıbuçdu. Ondan sonra bir daha onu görmədim, daha doğrusu, bir daha məni yanınaçağıran yuxuları görmədim.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Bir yuxumuxatırlayanda çin olduğunu gördüm. Yeni ailə qurmuşdum, yuxumda bizə iki əkizoğlan uşağı gəlmişdi, birinin adı Ceyhun idi, digərini unutmuşam. Aylar sonra əkizoğlanlarım dünyaya gəldilər, biz onlara Həsən və Hüseyn adları verdik. Dahasonra bacım mənə o yuxumu xatırlatdı, yuxumu bacıma danışmışdım. Hərdən zehnimiçalışdırıb ikincinin adını xatırlamaq istəyirəm, alınmır. Kaşki yuxumdagördüyüm adları uşaqlarıma verə bilsəydim.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

-Ən gözəl yuxum ən yadda qalan yuxumdur elə.Təxminən altı-yeddi ay öncə Məkkədə görmüşdüm özümü. Mən inanclıyam, amma etirafedim ki, ibadəti əksik və bəzən səmavi kitablarda yazılanları öz-özlüyündə sorğulayanbiriyəm. Amma niyəsə yuxuda özümü Kəbənin içində namaz qılarkən gömüşdüm. Həttayoldaşım bunun bir mesaj olduğunu, ibadət etməyimin gərəkdiyini dedi, o belə yozdu.Açıq desəm həyatımdan heç nəyi dəyişdirməyən bir yuxu idi, amma abu-havasımistik idi. Kəbədən çıxıb Məkkə küçələrində gəzdim, bəlgəsəllərdən izlədiyimMəkkə deyildi amma. Palçıq evləri, saman damları olan çox-çox köhnə bir şəhəridi. Yuxumda əsrlər öncəsinə mistik səyahət etmiş kimiydim. Unudulmaz hisslərləoyanmışdım.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Az əvvəl danışdığım Məkkə yuxusunda başımdaçəhrayı baş örtüsü var idi. Bir çox yuxumda rəngləri yadımda saxlaya bilirəm.Məncə mənim bütün yuxularım rənglidir.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Ən çox atamı. Rəhmətəgedənə qədər demək olar ki, heç görmürdüm. Amma ondan sonra yuxularıma tez-tezgəlir, yanına çağırmır artıq, sadəcə görürəm.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olaninsanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı biraləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Çox doğru ifadədir.Gözümüzü açıb bu dünyanın gerçəkliklərini yaşayırıq. Lakin yuxu hərəmizin fərqli,özümüzəməxsus dünyasıdır. Gerçək dünyam yuxularımdan daha mənalıdır. Nə yalandeyim, psixiatrik xəstəliklərdən sonra özümü yeni toparlamış biri olaraq yuxudünyasından qorxmağa başlamışam. Bir daha həyatıma təsir edəcək yuxu aləminədönmək istəməzdim.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Qətiyyən yox,yuxularımız beyin oyunudur. Düşünməyə cəsarət edə bilmədiklərimizin yaşanmaimmitasiyasıdır. Psixoloji olaraq rahat olduğumuzda daha rəvan, həyata və gerçəkliklərəyaxın yuxular görürəm. Narahatlıq olanda, beynim yorulanda isə yuxular daha daiçindən çıxılmaz bir şəklə düşür. Sağlam və güclü xarakterli insanların təsirliyuxu gördüklərini heç eşitməmişəm.