"Görün, biz kimlərlə üz-üzə qalmışdıq" - İlham Əliyev
"İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə deyib.
"Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər.
Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi, xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər - Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik". - deyə dövlər başçısı qeyd edib.
Digər Xəbərlər
23 Iyun 2026 12:42
"Prezidentlərin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir" - Hikmət Hacıyev
23 Iyun 2026 11:12
İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi
23 Iyun 2026 10:53
“Azərbaycan-Türkmənistan əməkdaşlığı regional sabitliyə xidmət edir”
23 Iyun 2026 10:49
İlham Əliyev Berdiməhəmmədovu Füzulidə qarşıladı - FOTOLAR
23 Iyun 2026 09:06
ABŞ İran müharibəsində nə qazandı? – Politoloq açıqladı
23 Iyun 2026 09:00
“Trampla bağlı Empşteyn sənədlərinin yenidən gündəmə gətirilməsi istisna deyil”
22 Iyun 2026 17:23
Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşdü
22 Iyun 2026 16:57


Bakı -°C

