GoTürkiye-nin yeni mini-serialı: “Bir İstanbul hekayəsi” - FOTOLAR
GoTürkiye-nin yeni mini-serial layihəsi “Bir İstanbul Hekayəsi” artıq YouTube platformasında izləyicilərə təqdim olunub. Layihə İstanbulun müasir şəhər həyatı ilə yanaşı, Türkiyənin mədəni dəyərlərini beynəlxalq auditoriyaya tanıtmağı hədəfləyir.
Ay Yapım tərəfindən istehsal olunan və 10 seriyadan ibarət olan mini-serialda baş rolları Ozan Akbaba və Sinem Ünsal canlandırır. Serialda İstanbulun kosmopolit mühiti hadisələrin inkişafında mühüm rol oynayır.
Süjet eyni layihədə rol alan, lakin əvvəlcə münasibətləri gərgin olan Duru və Selim obrazları ətrafında qurulub. Hadisələrin gedişində personajlar arasında münasibətlər tədricən dəyişir. Şərqlə Qərbin qovuşduğu İstanbul isə serialın ümumi atmosferini formalaşdıran əsas məkan kimi çıxış edir.
Türkiyənin Turizmin Təbliği və İnkişafı Agentliyi (TGA) tərəfindən hazırlanan “Bir İstanbul Hekayəsi” İstanbulun estetik zənginliyini, mədəni müxtəlifliyini və çoxşaxəli ruhunu kino dili ilə təqdim edir. Serial Beyoğlu, Nişantaşı, Qalata Kuledibi, Boğaz sahili və Kireçburnu kimi şəhərin fərqli məkanlarında çəkilib. Bu məkanlar vasitəsilə İstanbulun keçmişlə müasir həyatın vəhdət təşkil etdiyi özünəməxsus ab-havası ekrana daşınıb.
Layihə beynəlxalq səviyyədə tanınan rejissor Hilal Saral ilə müasir hekayəçilik sahəsində yeni nəsil ssenaristlərdən olan Kemal Hamamcıoğlunu bir araya gətirir. Serial ssenarinin müasir yanaşması və rejissor işi ilə diqqət çəkir.
Layihənin əsas ideyası bir cümlədə ifadə olunur:
“Unudulmaz hekayələr hər yerdə yaşana bilməz.”
Hazırda YouTube platformasında yayımlanan “Bir İstanbul Hekayəsi” 2025-ci il Wanderlust Reader Travel Awards tərəfindən “Avropanın ən arzuolunan şəhəri” seçilən İstanbulun cəlbedici görüntülərini Duru və Selimin mərhələli şəkildə inkişaf edən hekayəsi ilə birləşdirir. Serial şəhərin özünəməxsus atmosferini süjet xətti ilə paralel şəkildə tamaşaçıya təqdim edir.
Digər Xəbərlər
05 Yanvar 2026 22:03
Namiq Məna qızının ailəsi ilə qəzaya düşməsindən DANIŞDI
05 Yanvar 2026 15:10
Qaşları ilə xəbər başlıqlarına çıxan Alişan yeni bir paylaşım etdi - FOTO
05 Yanvar 2026 13:00
Rahidə Baxışova: “Qadın qadını anlamaq istəmir, nəinki kişi…”
05 Yanvar 2026 12:40
Zeynəb Həsəni: “O mahnıya görə çox utandım”
05 Yanvar 2026 12:34
Nüşabə Musayeva: “Kimə kömək edirəmsə, mənə düşmən olur”
01 Yanvar 2026 19:45
Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi
01 Yanvar 2026 18:44
Meyxanaçıların toy QİYMƏTLƏRİ: Diqqət çəkən... - VİDEO
01 Yanvar 2026 18:34


Bakı -°C

