Güney Azərbaycandan Amuliyə layiqli cavab: İlham Əliyev və Ərdoğanın şəkilləri divarlara vuruldu
Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin və əlaltılarının bəyanatlarına layiqli cavab verib.
Adalet.az xəbər verir ki, "Report"-un "Azad İran" teleqram kanalına istinadən məlumatına görə, Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Təyyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.
Fotoların üzərində "Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!" və "Yaşasın Şam fatehi Ərdoğan rəis!" yazılıb.
Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.
Xatırladaq ki, ötən il dekabrın 19-da Seyid Həsən Amuinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib.
Digər Xəbərlər
27 Dekabr 2025 13:10
Kamran Əliyev prokurorlarla vəkillərin əməkdaşlığından danışdı
27 Dekabr 2025 12:55
DİN bayram günlərində azad olunan ərazilərə gedənlərə müraciət etdi - VİDEO
27 Dekabr 2025 11:11
Leyla Əliyeva IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətindən danışdı
27 Dekabr 2025 09:20
Daxili işlər naziri Qubada sıra baxışı keçirəcək
26 Dekabr 2025 18:42
Kibercinayətkarlar məsuliyyətə cəlb edildi - Üç qurum birgə MƏLUMAT YAYDI
26 Dekabr 2025 17:51
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabah günün ikinci yarısından...
26 Dekabr 2025 17:20
Nazirlik Fəzail Ağamalının partiyasının müraciətini geri qaytardı
26 Dekabr 2025 16:41


Bakı -°C

