adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Noyabr 2022 14:32
510
İQTİSADİYYAT

Gürcülərin "Lars" qisası: Erməni TIR-larına icazə verilmir, məhsul batır, tacirlər müflisləşir...

Regionun “lider gücü”, “böyük Ermənistanın” “qəhrəmanları” nı, terrorçuların 30 illik pafoslarını Azərbaycan Ordusu 44 gündə məhv etdi.


Məhz bundan sonra Gürcüstan da ermənilərə qarşı bəzi sərt hərəkətlərlə gündəm oldu. unutmusunuzsa, onlardan bir neçəsini xatırladım:

1. 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana silah-sursat daşıyan hərbi maşınların ərazisindən işləməsinə qadağa qoydu.
2. Ötən həftə İran və Ermənistan yük maşınlarının ərazisindən keçməsinə qadağa qoydu.
3. Ermənistanın Əməkdar mədəniyyət xadimi, “Karin” ansalmblının rəhbəri Qaqik Qinosyanın Gürcüstana girişi qadağan edildi...
Maraqlıdır ki, məlum müharibədən əvvəl ermənilər terrorçu, insan qanı axıdan bir cəllada Gürcüstan ərazisində heykəl qoymuşdular. Azərbaycanın tənqidlərinə baxmayaraq Gürcüstan adıgedən heykəli sökməmişdi. Qəflətən nə baş verdi ki, gürcülər erməniləri görməzdən gəlir-deyə ermənilər “cin atı”na mindilər.
Ermənistanın siyası şərhçisi Tevos Arşakyan hikkəsini qusmaq üçün belə bir açıqlama verdi: “Gürcustan hakimiyyəti antierməni addımlar atmazdan öncə bir “Cavax”ı (Gürcüstan Respublikasının doqquz diyarından biri Cavaxeti nəzərdə tutulur – red.) yada salsınlar. “Bu, bizim torpaqlardır.( Aha, şizofreniya özünü biruzə verdi) Tiflis ağlını başına yığmasa, biz “Cavax”dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər”.
Gürcülər ermənilərin onlara tarix boyu etdiyi pislikləri indi artıq tez-tez yada salırlar.
Bir müddət əvvəl Gürcüstan mediasında məşhur jurnalist Qiqi Kalandadze tərəfindən “Baqramyan” batalyonunun döyüşçüsünün xatirələrindən bir hissə paylaşılmışdı. “Baqramyan” batalyonu gürcü-abxaz müharibəsi zamanı gürcü əhalisinə qarşı törətdikləri vəhşiliklər, dinc əhaliyə qarşı olan qəddarlığı ilə seçilirdi. Bu batalyonun döyüşçüləri yüzlərlə dinc insanı amansızlığla qətlə yetirmiş, ağlasığmaz işgəncələr etmişdir.


Gürcüstan növbəti dəfə erməniləri qəzəbləndirib.

Adalet.az
erməni mediasına istinadən xəbər verir ki, Parlament sədrinin sözçüsü Tsovinar Xaçaturyandan spiker Alen Simonyanın Gürcüstana səfəri nəticəsiz qalıb. Simonyan həmkarı Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə nəqliyyatla bağlı məsələləri də müzakirə etdikləri xəbər verildi. Buna baxmayaraq, Ermənistanın sayı bir neçə minə çatan yük maşınları hələ də Lars keçid məntəqəsindən -Rusiya-Gürcüstan sərhədindən keçə bilmir.


Qeyd edək ki, keçid məntəqəsində “ilişib” qalan yük maşınlarının sürücüləri Rusiyaya əsasən ərzaq, meyvə-tərəvəz apardıqları, keçid məntəqəsində həftələrlə ləngiyən maşınlardakı məhsulların yararsız hala düşdüyünü bildirilir. Bu da Ermənistan iqtisadiyyatına güclü zərbə vurur, ticarətlə məşğul olan sahibkarları müflisəşdirir.

P.S. Gürcüstanda miqrantlar və etnik azlıq nümayəndələri tez-tez diskriminasiyaya məruz qalır və onlara münasibətdə təhqiredici epitetlərdən istifadə edilir. Ötən il bu məlumat Gürcüstanın Tolerantlıq və Fərqliliq İnstitutunun hesabatında yer alıb. Məlumata görə, Gürcüstanda fərqli etnik azlıqlara qarşı müxtəlif stereotiplər var.
Hesabatda etnik ermənilərə “yalançı”, “oğru”, “xəsis”, “satqın” sözlərindən, ifadələrindən istifadə edildiyi vurğulanıb.

Əntiqə Rəşid