Gürcüstan-NATO əməkdaşlığı müzakirə olundu
Gürcüstanın NATO-dakı nümayəndəsi İrakli Beraya Alyansın Baş katibi Mark Rutte ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Gürcüstan nümayəndəsi NATO Baş katibinə etimadnaməsini təqdim edib. Görüşdə NATO və Gürcüstan arasında əməkdaşlıq, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunub.
Beraya Gürcüstanın regional təhlükəsizlikdəki rolunun vacibliyini vurğulayıb və Baş katibə Alyansın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi qətiyyətli dəstəyinə görə təşəkkürünü bildirib.
Rutte İrakli Berayanı vəzifəyə təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Beraya Gürcüstanın NATO-dakı nümayəndəsi vəzifəsinə ötən ilin sentyabrında təyin olunub. Buna qədər o, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini və Xarici Kəşfiyyat Xidmətinin direktoru da daxil olmaqla müxtəlif vəzifələri tutub./APA
Digər Xəbərlər
31 Yanvar 2026 17:52
Yaxın vaxtlarda Mayamidə ABŞ-Rusiya danışıqları BAŞLAYACAQ
31 Yanvar 2026 17:42
İranda partlayış: Əlirza Təngsiri öldürülüb?
31 Yanvar 2026 17:40
İranda güclü partlayış: ölənlər var
31 Yanvar 2026 17:10
BMT müflis olmaq təhlükəsindədir - Quterreş anons verdi
31 Yanvar 2026 16:00
“Hücum olarsa, buna çox güclü cavab verəcəyik” - Araqçı
31 Yanvar 2026 15:43
BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya
31 Yanvar 2026 14:55
İrana doğru hərəkət edən “ÖLÜM GƏMİSİ” - Qorxuducu “Abraham Lincoln”
31 Yanvar 2026 14:15


Bakı -°C

