.... Dünyada hələ indiyə kimi pulun fironluq elədiyi bir zaman olmayıb. Düzdür, pul həmişə çox şeyi həll edib. Amma indi hər şeyi yoluna qoyur. Və pulun, varın- dövlətin varsa, bu dünyada ən hörmətli adamsan. Adamın pulu olanda , Allah and olsun ki, dərdi də yüngül olur... Tanıdığım bir imkanlı adam vardı, oğlu rəhmətə getmişdi. Yasda üzündə də tük sağlamadı və oğlunun qırxı çıxan kimi, həyat yoldaşını da qoltuğuna vurub, Avropa ölkələrinə gəzməyə getdi. İki aydan sonra qayıtdı.Cavan oğlana oxşayırdı və heç elə bil ki, oğlu rəhmətə getməmişdi.Aylar, illər keçdi, düz oğlundan sonra nə az, nə çox 35 il yaşadı.
Yəni pul onu yaşatdı, cavan saxladı! Bir kasıb ailə də tanıyırdım, oğlu öləndən 40 gün sonra rəhmətə getdi. Əvvəl arvadı, bir ildən də sonra özü dünyasın dəyişdi! Əgər həmin adamın pulu olsaydı, o adam da yaşayardı və Ramiz Rövşən demişkən:" Bütün dərdlərindən yekə olardı." Bir şair deyir ki, " Ay köpəkoğlunun pulu, sən ölünü də dirildirsən...! Bəlkə belə deyil, dostlar??? Məşhur yazıçı - publisist Xeyirəddin Qoca deyir ki, mənim çoxlu pulum olsa, heç vaxt ölmərəm.Çünki pul açmadığı qapı yoxdu. Və pulum olanda heç xəstələnmirəm də! Bu günlərdə həkimə getmişdim.Məndən qabaq bir xəstə də vardı.
Həkim onu uzun bir resp yazdı.Pasiyent həkimə dedi ki, doktor, qadan alım , dərmanı çox yazma! Keçən dəfə on dərmandan cəmi ikisin ala bildim və indi də ikisindən artıq yazma, onsuz da ala bilməyəcəyəm! Və həkim də onun dediyi kimi elədi; iki dərman yazdı.Həkimin yanından çıxandan sonra mənimlə söhbətləşdi. Dedi ki, müəllim cəmi 360 manat pensiya alıram. Bilmirəm, kommunal xərcləri verim, evə yemək alım,dərmana pul ayırım.
Ona görə də ağır durumdayam.Vallah,yaxşı pulum olsa, heç tez- tez xəstələnmərəm də! Gedirəm, Türkiyədə müalicə olunuram. Amma bir həsirəm, bir də Məmmədnəsir. Heç bu pulla kəndimizə gedə bilmirəm, o ki, qala xarici ölkə ola! Bax bu , gün pul insanlara hava, su, çörək qədər vacibdir. Və həmin pul olmayanda insanların havası çatışmır, boğulur. Şair Rüfət Zəbioğlu da pul barədə çox gözəl deyib ha: Sənə pul göstərərəm, Yalta bilərsən Ələti...


Bakı -°C
