Hacıqabul polisi əməliyyat keçirdi: Saxlanılanlar var
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, son bir həftə ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Həmçinin qeyd edilən müddət ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində bir şəxsə qarşı oğurluq əməlini törədərək, zərərçəkənə 420 dollar maddi ziyan vuran bir qadın da saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd edilən faktların hər biri ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan 12 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45


Bakı -°C

