Hacıqabulda ağır qəza - Ölən və yaralananlar var
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 113-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Qurumdan Adalet.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili və “ГАЗель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
İki nəfər Laçın rayon sakini - 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər
13 Mart 2026 12:11
19 yaşlı qadın doğuş zamanı öldü
13 Mart 2026 10:41
Sumqayıtda PARTLAYIŞ - Yaralılar var - YENİLƏNİB
13 Mart 2026 10:21
Bakıda binanın həyətindən meyit tapıldı
12 Mart 2026 19:20
Xəlil Köçərli 100 yaşında vəfat etdi
12 Mart 2026 11:34
Yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - VİDEO
11 Mart 2026 11:22
Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində “Süleyman” yazılmış döymə var
10 Mart 2026 18:50
Səfirlik ölən azərbaycanlı ilə bağlı MƏLUMAT YAYDI
10 Mart 2026 14:08


Bakı -°C

