Hakan Fidan Şoyqu ilə Azərbaycan-Ermənistan məsələsini də müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşünə dair yeni məlumatlar yayılıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik mənbələrin məlumatına görə, görüş zamanı tərəflər Suriya və Qəzzadakı vəziyyəti, Azərbaycanla Ermənistan arasında hazırkı prosesləri, eləcə də Ukraynada gedən müharibəni müzakirə ediblər.
Fidan Moskvaya səfəri zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narşkinlə də görüşüb.
Türkiyə xarici işlər nazirinin Rusiya-Türkiyə İş Adamları Dərnəyinin (RTİB) təşkil etdiyi tədbirdə iştirak etdiyi də bildirilir.
Hakan Fidan daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə də görüşüb.
Digər Xəbərlər
12 Sentyabr 2026 18:00
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33


Bakı -°C

