adalet.az header logo
  • Bakı 13°C
29 Iyun 2022 14:28
372
DÜNYA

Hazırda dünyada qaçqınların sayı nə qədərdi?

Müharibələr, təbii fəlakətlər və bu kimi digər hallarda insanlar gözləmədikləri bir vaxtda öz yurdlarından qaçqın və köçkün düşürlər. Birləşmiş Millətlər Təşkilatının qaçqınlarla bağlı ali komissarlığınının hesabatında bildirilib ki,II Dünya Müharibəsindən sonra ilk dəfə bütün dünyada məcburi köçkünlərin sayı 70milyon nəfəri keçib.

Hazırda dünyada öz yaşayış yerlərindən didərgin düşən insanların sayı rekord həddə çatıb. Son 20 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artaraq 70,8 milyon nəfərə çatıb.Hökumətlər və tərəfdaş qeyri-hökumət təşkilatları tərəfindən toplanmış məlumatlara və Ali Komissarlığın öz qeydlərinə əsaslanan BMT QAK-ın Qlobal tendensiyalara dair illik məruzəsi göstərir ki, 2013-cü ilin sonunadək 51,2 milyon nəfər didərginə çevrilib, bu isə 2012-ci ildə qeydə alınmış 45,2 milyondan tam altı milyon nəfər çoxdur.

Bu böyük artım əsasən Suriyadakı müharibədən qaynaqlanıb, həmin müharibə ucbatından ötən ilin sonunda 2,5 milyon nəfər qaçqına, 6,5 milyon nəfər isə məcburi köçkünə çevrilib. Yeni didərginlik hallarının əsas hissəsi həmçinin Afrikada, xüsusən Mərkəzi Afrika Respublikasında, habelə 2013-cü ilin sonlarına doğru Cənubi Sudanda müşahidə edilib.

"Biz burada görürük ki, müharibələrə son qoymamaq, münaqişələri həll etməmək və ya onların qarşısını alımamaq necə baha başa gəlir", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş (António Guterres) bildirib.

"Bu gün sülhün yoxluğu təhlükəli həddədir. Humanitar yardımlar vəziyyəti yüngülləşdirən amil kimi kömək edə bilər, amma siyasi həll yollarına son dərəcə ehtiyac var. Bu olmasa, bu rəqəmlərdə əks olunan münaqişələrin və kütləvi iztirabların təşviş doğuran səviyyəsi artmaqda davam edəcək".

Bütün dünyada ümumilikdə 51,2 milyon nəfər didərginin olması yardıma ehtiyacı olan çoxlu sayda insanların olduğunu göstərir, bu isə həm dünyanın donor dövlətlərinin xarici yardım büdcələrinə, həm də qaçqın böhranının baş verdiyi ölkələrlə həmsərhəd olan ölkələrin qaçqınları qəbul etmək və yerləşdirmək imkanlarına mənfi təsir göstərir.

"Beynəlxalq birlik fikir ayrılıqlarının öhdəsindən gəlməli və bu gün Cənubi Sudandakı, Suriyadakı, Mərkəzi Afrika Respublikasındakı və hər hansı digər yerlərdəki münaqişələri dayandırmağın və ya onların qarşısını almağın həlli yollarını tapmalıdır. Ənənəvi donorlarla yanaşı, qeyri-ənənəvi donorların da lazımi addımlar atmasına ehtiyac var. Bu gün didərgin düşmüş insanların sayı bütövlükdə Kolumbiya və ya İspaniya, Cənubi Afrika və ya Cənubi Koreya kimi orta böyüklükdə olan ölkələrin əhalisi qədərdir", – deyə Quterreş bildirib.

Vətənindən qaçqın düşənlər...

Qlobal tendensiyalara dair məruzədə yer alan didərginlik barədə məlumatlar üç qrupu – qaçqınları, sığınacaq axtaranları və məcburi köçkünləriəhatə edir. Bunların arasında qaçqınların sayı bütün dünyada 16,7 milyon nəfərdir, onlardan 11,7 milyon nəfəri BMT QAK-ın himayəsi altındadır, qalanları isə BMT-nin oxşar profilli digər qurumu olan Fələstin üçün Yardım və İşlərin Təşkili Agentliyi tərəfindən qeydə alınmışlar. Təkcə bu ümumi rəqəmlər 2001-ci ildən bəri BMT QAK-da ən yüksək rəqəmlərdir. Bundan əlavə, 2013-cü ilin sonunda BMT QAK-ın himayəsi altında olan qaçqınların yarıdan çoxunun (6,3 milyon nəfərin) öz ölkələrini tərk etməsindən 5 ildən çox zaman keçmişdir.

Ümumiyyətlə, BMTQAK-ın himayəsi altında olan ən çox qaçqın əhali,mənşə ölkəsi üzrə götürüldükdə, əfqanlar, suriyalılar və somalililərdir – onların birlikdə sayı bütün dünya üzrə qaçqınların ümumi sayının yarısından çoxdur.

Eyni zamanda, Pakistan, İran və Livan digər ölkələrə nisbətən ən çox qaçqın qəbul etmiş ölkələrdir.

Regionlar üzrə götürüldükdə, Asiya və Sakit okean regionunda qaçqın əhalinin sayı daha çoxdur – ümumilikdə 3,5 milyon nəfərdir. Afrikanın cənubi Saxara bölgəsində 2,9 milyon nəfər, Orta Şərqdə və Şimali Afrikada isə 2,6 milyon nəfər qaçqın var.

Xeyli sayda sığınacaq axtaranlar var….

Qaçqınların mövcud olmasından əlavə, 2013-cü ildə 1,1 milyon nəfər sığınacaq almaq üçün müraciət edib, onların çoxu inkişaf etmiş ölkələrdədir (2013-cü ildə Almaniya sığınacaq almaq barədə ən çox sayda yeni müraciətləri qəbul etmiş ölkə olub). Sığınacaq almaq üçün 25.300 ərizə valideynlərindən ayrı düşmüş və ya valideynləri tərəfindən müşayiət olunmayan uşaqlar tərəfindən verilib. Suriyalılar hər hansı digər ölkələrin vətəndaşlarından çox – 64.300 ərizə veriblər, sonrakı yerləri isə Konqo Demokratik Respublikası (60.400) və Myanmar (57.400) tutur.

Bir də var məcburiköçkünlük…

Məcburi köçkünlərin (bu o deməkdir ki, insanlar öz evlərini tərk etməyə məcbur olsalar da vətəndaşı olduqları ölkənin hüdudlarından kənara çıxmamışlar) qeydə alınmış sayı 33,3 milyon nəfərə bərabərdir ki, bu da Qlobal tendensiyalara dair məruzədə yer alan hər hansı qruplar arasında ən böyük rəqəm təşkil edir. BMT QAK-ın və digər humanitar subyektlərin rəyinə görə, bu insanlara yardım göstərilməsi xüsusi problem təşkil edir, çünki onların çoxu münaqişə zonalarındadır, orada isə onların həmin yardımları alması çətindir və qaçqınlar üçün nəzərdə tutulmuş beynəlxalq müdafiə normalarına əməl olunmur.

BMT QAK-ın işinin bir hissəsi didərgin düşmüş insanlar üçün uzunmüddətli həll yollarının tapılmasından ibarətdir. Mümkün olan hallarda bunu könüllü qayıdış vasitəsilə etmək olar, digər mümkün variantlar sırasına yerli topluma inteqrasiya və ya üçüncü ölkələrdə məskunlaşma daxildir. 2013-cü ildə 414.600 qaçqın öz doğma ölkəsinə qayıdıb – bu, təxminən dörddə bir əsrdəki qaçqın qayıdışlarının illik göstəriciləri arasında axırdan dördüncü göstəricidir. 98.400 nəfərə yaxın qaçqın 21 ölkədə məskunlaşdırılıb. Bu məruzəyə daxil etmək üçün məcburi köçkünlərin yerli topluma inteqrasiyasına və geri qayıdışına dair dünya üzrə məlumatlar əlimizdə yoxdur, amma BMTQAK-ın məcburi köçkünlərlə əlaqədar fəaliyyət göstərdiyi ölkələrdə 1,4 milyon məcburi köçkün öz evlərinə qayıdıblar.

Ümumiyyətlə vətəndaşsızlıq...

Bütün dünyadakı vətəndaşlığı olmayan insanlar 51,2 milyon didərgin əhalinin sayına daxil edilməyib (çünki vətəndaşsızlıq hökmən didərgin olmaq demək deyil). Vətəndaşlığı olmayanların sayını dəqiq müəyyənləşdirmək çətin olaraq qalır, çünki vətəndaşlığı və müvafiq sənədləri olmayan insanları qeydə almaqda həm hökumətlər, həm də BMT QAK çətinlik çəkirlər, həm də ona görə ki, bəzi ölkələr öz vətəndaşları hesab etmədikləri insanlar barədə məlumatları toplamırlar. BMT QAK-ın əməkdaşları bütün dünya üzrə təxminən 3,5 milyon nəfərvətəndaşlığı olmayan insan qeydə alıblar. Ammabu, bütün dünyada vətəndaşlığı olmayan əhalinin təxmin edilən sayının təqribən üçdə biri qədər hesablanır.

Bir sözlə yaxın gələcəkdədünyamızda əbədi sülh və firavanlıq arzusu ilə…

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ