Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi
Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib.
Adalet.az apa-ya istinadən xəbər verir ki, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
O, hazırda həkim nəzarətindədir.
Məlumatı Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə APA-ya təsdiq edib.
Vəkil cinayət işi üzrə ibtidai istintaqın davam etdiyini qeyd edib. Onun sözlərinə görə, bu günə qədər iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam etdirilir.
Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Nizami Məmmədov 80 milyon manat mənimsəməkdə təqsirləndirilir.
Digər Xəbərlər
23 Sentyabr 2026 10:04
DYP çağırış etdi
23 Sentyabr 2026 09:35
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
22 Sentyabr 2026 23:11
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
22 Sentyabr 2026 22:15
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı - YENİLƏNİB
22 Sentyabr 2026 20:43
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar - FOTOLAR
22 Sentyabr 2026 19:23
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - VİDEO
22 Sentyabr 2026 17:50
"İçərişəhər"də yeni qatarların sayı niyə azdır?
22 Sentyabr 2026 17:42


Bakı -°C

