“Heç bir əsərimdən yüz faiz razı qalmamışam” - Müsahibə

1945-ci ildə AzərbaycanRəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Ömər Eldarovpeşə biliyini artırmaq məqsədilə Sankt-Peterburqdakı İlya Repin adına Rəssamlıqİnstitutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib.
Sənətkarın yaratdığıheykəllər öz layiqli yerini tutmaqdadır. Bu cür əsərlər sırasında şairəNatəvanın, şair Məhəmməd Füzulinin, yazıçı- dramaturq Hüseyn Cavidin,Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə xanım Əliyevanın, professor İhsanDoğramacının heykəlləri, ümummilli lider Heydər Əliyevin, bəstəkar ÜzeyirHacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademikZiya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eynizamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərinmüəllifidir.
Yaradıcılıqla yanaşı,Ömər Eldarov həm də uzun illərdir Azərbaycanın ictimai və mədəni həyatının fəaliştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzvseçilib.
Ömər Eldarov 1969-1973-cüillərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrəkomissiyanın rəhbəri vəzifəsində çalışıb.
1995-ci ildə isə ÖmərEldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisədeputat seçilib.
Hazırda AzərbaycanRəssamlıq Akademiyasının rektorudur.
Məşhur mədəniyyət vəincəsənət xadimi, heykəltəraş Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyətiölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. O, müstəqilAzərbaycanın ali dövlət mükafatları olan "Şərəf" və "İstiqlal" ordenləri ilə təltifedilib.
Adalet.azməşhur heykəltaraşla müsahibəni təqdim edir.
"Sovet dövründə sənətə daha çox nəzəryetirilirdi"
-ÖmərEldarov olmasaydı Azərbaycan heykəltaraşlığı necə görünərdi?
-Boşluq olmazdı. Bizdə çox güclü heykəltaraşlar var ki, məndənəvvəl fəaliyyət göstərib. Sovet dövründə Azərbaycanın çox güclüherykəltaraşları olub. Fuad Əbdürrəhmanov, Sapsay, Cəlal Qaryağdı, HüseynƏhmədovvə digərləri. Onların yaratdığı "Nizami","Sabir" və indi mövcud olmayan "Kirov", Əzizbəyov","Lenin" heykəlləri bədii cəhətdən çox yüksək səviyyədə idi. Bunlarbütün SSRİ-də ən yaxşı heykəltaraşlıq əsərləri hesab olunurdu .
-Sənətəgəlişiniz barədə danışardınız...
-O zamanlar Bakıda heykəltaraşlar çox az idi. Atam hər zamanSankt Peterburqda olan abidələrdən, şəhərin memarlığından danışardı. Məni özüylə ora aparardı. Aldığım xoş təəssüratlardan sonraməndə bu sənətə qarşıböyük istək yarandı. Çalışırdım bu sənətin sirrlərinə yiyələnim. Buna görə də Əzimzadə adınaRəssamlıq Texnikumuna qəbul oldum. Sonradan SanktPeterburq Rəssamlıq Akademiyasında təhsilimi davam etdirdim.
-Sələflərinizdəndaha çox kimdən təsirlənmisiniz?
-Müəllimim Fuad Əbdürrəhmanovdan. Onun "Nizami", "Azad qadın", "Mehdi Hüseynov", Düşənbədə tacikşairi Rudəkinin şərəfinə ucaltdığı abidələrin mənim yaradıcılığıma, birheykəltaraş olaraq formalaşmağıma böyük təsiri olub. Bundan başqa rusheykəlataraşlığı nəinki mənim, bizim dövrün bütün sənətkarları üçün bir məktəbolub.
-Sovet heykəltaraşlığı iləmüasir Azərbaycan heykəltaraşlığını müqayisə etsək istər keyfiyyət, istərsə dəkəmiyyət baxımından xoşagəlməz fərq hiss olunur. Baxmayaraq ki, o dövrləmüqayisədə indi imkanlar daha çoxdur...
- Şərait çoxdur. Ammabilirsiniz, sovet dövründə bizim sənətimiz planlaşırdı. Dövlət pul ayırırdı.Mədəniyyət Nazirliyində fond vardı. O vaxt çox nəzər yetiridilər bu işlərə.İndi çox azdır.
"Yaradıcılığımın şah əsəri Hüseyn Cavidinheykəlidir"
-Ancaqsizə bir misal gətirim; "Koroğlu" abidəsi üçün dövlət tərəfindənböyük məbləğ- 5 milyon manat ayrılmışdı. Lakin abidə gözlənilənləridoğrultmadı. İstər mütəxəssislərin rəyinə, istərsə də sıravi tamaşaçıların fikrinəəsasən Tokay Məmmədov bu heykəlin öhdəsindən gələ bilmədi...
-Mən deyə bilmərəm orda hansısa səhvlər var, ya yox. Bu düzgünolmaz.
-Şəxsimünasibətləri bir kənara qoyub, bir mütəxəssis kimi yanaşsaq, siz bu əsəriuğurlu adlandırarsınız?
-Son dövrlər bizdə planda böyük heykəllər olmayıb. Axırıncınəzərəçarpan monumental heykəl Hüseyn Cavidin heykəlidir. Digərləri sadəcəkamera heykəlləridir. Dövlət planında olan heykəllər Fikrət Əmirovun, Bülbülün heykəli və Qara Qarayevin heykəlidir. Bunlar da bir o qədər də böyük heykəllər deyil.Ancaq "Koroğlu” doğrudan da böyük monumental heykəldir.
-Məsələn, heykəldə Koroğlu atdan böyük götürülürüb...
-Siz Tokay Məmmədovla danışmısınız? Bəlkə o, sizədeyəcək, niyə belə alınıb.. Ola bilər ki, eposda "Koroğlu” böyük təsvir olunubdeyə, o, belə etmək qərarına gəlib. Bu barədə qəti fikir söyləmək mənlik deyil.
-Hazırdahansı heykəl üzərində işləyirsiniz?
-Aydındır,Ömər müəllim. Bu barədə xalq rəssamı Xanlar Əhmədova da sual vermişdim, o dacavab verməkdən imtina etmişdi. Əsas gətirmişdi ki, sənət yoldaşımdır,qonşumdur...
-Tokay Məmmədovla Əzimzadə adına Texnikumda da biryerdə oxumuşuq. Uzun illərdir bir yerdəyik...Həm də etika məsələsi var axı.
-Yaradıcılığınızınşah əsəri hansıdır?
-Bu barədə mən heç nə deyə bilməyəcəm. Müəllif heçzaman bu haqda düzgün fikir yürüdə bilməz. Çox çətindir demək. Mən sizə deyimki, heç bir əsərimdən yüz faiz razı qalmamışam. Axırıncı hazırladığım böyükheykəl Hüseyn Cavid heykəlidir ki, mən bilən bu əsərdə nə isə edə bilmişəm.
Məno heykəldə Cavidi ancaq yazıçı kimi təsvir etməmişəm, onu həm də bir tarixişəxsiyyət kimi göstərmişəm. Çünki o tarixi dövr elə idi, ki hətta siyasifəaliyyəti olmayan insanları belə, bir qasırğa kimi öz burulğanına alıbaparırıdı, neçə-neçə insanın taleyində həlledici rol oynamışdı. Hüseyn Cavid dəo tarixi inqilabın içinə düşmüş şəxsiyyətlərdən biri idi. Baxmayaraq ki, onunheç bir siyasi fəaliyyəti yox idi, amma yazdığı əsərlər onu tarixinburulğanından xilas edə bilmədi. Halbuki, digərlərinin, məsələn, ÜzeyirHacıbəyovun siyasi fəaliyyəti varıydı, ancaq bu tarixi burulğan ondan yankeçdi.
-Ancaqsiz müsahibələrinizin birində demişdiniz ki, mənim üçün ən doğma olan əsər"Natəvan", yaradıcılığımın şah əsəri isə ümummilli lider Heydər Əliyevinheykəlidir...
-Fikirlər dəyişir. Bir vaxt olub "Natəvan"heykəlinin vernisajı olanda dedim ax, bu nədir, mən nə etmişəm... Çox məyusolmuşdum. Sonra baxdım ki, yox, orda yaxşı cəhətlər var. Ümumilli lider HeydərƏliyevin heykəlində də yaxşı cəhətlər çoxdur. Ancaq yüz faiz razı qaldığımıdeyə bilmərəm.
"HeydərƏliyev dünyasını dəyişəndən sonra fikirləşdim ki, mən bundan sonra kiminheykəlini düzəldəcəm!"
-Ümummillilider Heydər Əliyevlə yaxın dostluq münasibətləriniz olub...
-Mənim Heydər Əliyevlə müəyyən münasibətlərim olub,ancaq necə deyərlər, heç onunla bir stəkan çay belə içmək fürsətim olmayıb.Qara Qarayevlə, Tahir Salahovla Heydər Əliyevin daha yaxın, dost münasibətləriolub. Sadəcə, o məni bir insan və peşəkar kimi sevirdi. Çünki mən öz işimlə,əməllərimlə sübut etmişdim ki, həm peşəkaram, həm də dürüst insanam. Elə bunagörə də öz büstünün hazırlanmasını məhz mənə həvalə etmişdi. Buna qədər oheykəlinin və büstünün hazırlanmasına icazə verməmişdi. Bundan əlavə Zərifəxanım Əliyeva dünyasını dəyişəndə onun qəbirüstü abidəsini hazırlamaq mənətapşırıldı. Bir sözlə bütün bu münasibətlər mənim peşəkar işimin sayəsindəydi,amma birbaşa dostluq münasibətimiz yox idi.
-HeydərƏliyevin qəbirüstü abidəsini hazırlamağı sizə həvalə edərkən nə hisslərkeçirdiniz?
-Tarix çox vaxt Azərbaycanla ədalətli davranmayıb.Amma bir məsələdə tarix bizimlə ədalətli davrandı ki, belə bir lideriAzərbaycana verdi. Bu bizim xoşbəxtliyimiz idi ki, belə bir siyasətçi başqasovet xalqlarına deyil, məhz bizə nəsib olmuşdu. Bu siyasi liderlikxüsusiyyətləri onda ilahidən idi, təbiət vermişdi. Səmimi qəlbdən etirafedəcəm; O dünyasını dəyişəndən sonra fikirləşdim ki, mən bundan sonra kiminheykəlini düzəldəcəm!
"Uzunillərdir rəhbərlik etdiyim təhsil ocağını çətin vəziyyətdə qoyub, gedə bilməzdim"
-Alitəhsil ocaqlarına rəhbərlik edən şəxslər arasında nadir insanlardan birisinizki, tələbələriniz sizi çox sevir, sizə qəlbən bağlıdırlar. Hətta keçən il sizinRəssamlıq Akademiyasından getmək istəyinizlə bağlı xəbər yayılandatələbələriniz çox kədərlənmiş, sosial şəbəkələrdə silsilə kədər statuslarıyazmağa başlamışdılar. Bəziləri hətta dərsə getmək belə istəmirdilər. Busevgiyə necə nail olmusunuz?
-Mən də tələbələri çox sevirəm. Onlara qəlbən bağlıyam.Hər zaman tələbələrimə yaxın olmağa, problemləri ilə yaxından maraqlanmağaçalışmışam. Sadəcə yaşla əlaqədar çox yorulmuşam. Getmək istədim. Amma həminvaxt akademiyada vəziyyət yaxşı deyildi, ağır vaxtlar idi. Hazırda mövcudproblemlər aradan qaldırılır. Akademiya bir neçə müddətdir ki, özündənmaliyyələşir və bu səbədən bəzi çətinliklər olur. Uzun illərdir rəhbərliketdiyim akademiyanı çətin vəziyyətdə qoyub, gedə bilməzdim. Bu yaxınlardahər şey qaydasına düşməlidir. Onda vəzifəmdən getmək barədə qərarımıaçıqlayacam.
-Akademiyadatəhsil alan tələbələr arasında Azərbaycan təsviri sənətinə töhfələr verəbiləcək gənclər varmı?
-İstedadlı gənc rəssam və heykəltaraşlar çoxdur.Düşünmürəm ki, bizdən sonra bu sənətdəboşluq olar. Akademiyada təhsil alan tələbələrin diplom işlərinə baxdıqdaonların necə potensiallı olduğu nəzərə çarpır.
"Əsilsənətkar məhz öz sənəti ilə adını tarixə yazdırmalıdır”
-Respublikanınbütün mümkün dövlət mükafatlarına layiq görülmüsünüz. Bu mükafatlar ÖmərEldarovun bir sənətkar olaraq əzəmətli görünməsində nə dərədəcə rol oynayır?
-Bəli, bütün ordenləri almışam(gülür). Bu mənim üçünböyük fəxrdir. Ancaq məni hər zaman öz sənətim maraqlandırıb. Mükafatlara hərisinsan olmamışam. Əsil sənətkar məhz öz sənəti ilə adını tarixə yazdırmalıdır.
-Sənətəyeni başlayanda qarşınıza qoyduğunuz məqsədə nail olmusunuz?
-Nəqədər ömür sürməyindən, yaradıcılıq uğurları qazanmasından asılı olmayaraq heçbir sənətkar deyə bilməz ki, mən məqsədimə çatmışam. Əgər belədirsə, o,özünəvurğundur. Özünəvurğunluq da peşəkarlıq əlaməti deyil.
Digər Xəbərlər

Əhməd İsmayılov: Rəqəmsal çağırışlara uyğunlaşmaq yalnız texnoloji deyil, etik, hüquqi və sosial yanaşmalar da tələb edir - MÜSAHİBƏ

Sağlam ana, sağlam körpə: Hamiləlik və doğuşla bağlı vacib tövsiyələr

Od dilində danışan, "dərin dəryalarda batan" Nazim Muradovla MÜSAHİBƏ

ALLAHVERDİ BAĞIROV: «MƏN XANKƏNDİNDƏ ÖLƏCƏM»
jpg-1747398279.jpg)
Şıxovuzu Şikahoq edənlərin növbəti iftirası:" 60 ha meşəmizi..."

"Ağdam ilk gündən sona qədər döyüşdü, amma namərdlər çox idi"- Döyüşçü danışır
jpg-1747040745.jpg)
"PKK-nın ləğvi Türkiyə üçün 4 səbəbdən çox əhəmiyyətlidir" - MÜSAHİBƏ
