“HƏMAS” Qəzzada müharibənin bitməsini istəyir

Fələstinin radikal “HƏMAS” hərəkatı Qəzza zolağında müharibəyə tez son qoymağa çağırıb.
Adalet.az Qətərin “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bunu qruplaşmanın siyasi bürosunun üzvü Husam Badran deyib.
“HƏMAS” sözçüsü bildirib ki, hərəkat müharibəni və qan tökülməsini dayandırmağa çalışır, lakin İsrail atəşkəs razılaşmasına əməl etmir və bunun əvəzinə təcavüzünü davam etdirir.
ABŞ-yi tənqid edən Husam Badran əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahu danışıqlardan imtina edir: “Amerika tərəfi vasitəçi deyil, yalnız İsrailin siyasətini dəstəkləyir”.
Eyni zamanda Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasın rəhbərlik etdiyi “FƏTH” hərəkatı radikal “HƏMAS” qruplaşmasını Qəzza zolağına nəzarətdən əl çəkməyə çağırıb. Bu barədə hərəkatın Qəzza zolağı üzrə sözçüsü Munter Hayek bildirib.
Hayek vurğulayıb ki, “HƏMAS”ın mövcudluğu Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsi üçün təhlükəli hala düşüb və hərəkat öz mövqeyini yenidən nəzərdən keçirməli və Qəzza zolağında eşidilən bütün səsləri dinləməlidir.
Digər Xəbərlər

Pablo Eskobarın ortağı Kolumbiyaya qayıdarkən saxlanılıb

Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb - YENİLƏNİB

İsrail əsgərləri Qəzzada döyüşlərə qayıtmaq istəmir

Ən yaxşı məsləhətçim həyat yoldaşımdır- Zelenski

Vens: Qara dənizdə atəşkəs sazişi demək olar ki, hazırdır

Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər tapıldı

Tramp Administrasiyası Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir
