"Həmin Bəhram Bağırzadədən əsər-əlamət qalmayıb" - Nuridə Allahyarova
Əməkdar artist Bəhram Bağırzadə Fikrət Əmirovun 100 illiyi münasibətilə keçirilən yubiley gecəsini tənqid etməsi müzakirələrə səbəb olub.
Adalet.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova aktyorun sözlərinə reaksiya verib. O, Bağırzadənin paylaşımına bu sözləri yazıb:
"Hörmətli Bəhram bəy, ilk növbədə onu qeyd edim ki, mən sizin paylaşımınıza cavabı Azərbaycan dilində ifadə edəcəm. Çünki Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinə rəhbərlik edirəm və bildiyim qədərilə siz də ana dilimizdə təhsil almısınız, məni başa düşməkdə çətinlik çəkməyəcəksiniz. Əziz Bəhram bəy, dahi Fikrət Əmirovun yubiley tədbirləri çərçivəsində keçirilən konsertdən məmnun qalmadığınızı ötən gün geniş şərh etmişdiniz. Təbii ki, buna bir vətəndaş olaraq tam haqqınız var idi və bu səbəbdən şərhinizə xüsusi münasibət bildirmədim. Amma müəyyən texniki qüsurları olan konsertlə bağlı 2 gündür davam edən həyəcanınıza səbəb verə biləcək məqamları görə bilmirəm. Konsert sizin zalı tərk etməyinizlə müşayiət olunmadı, davam etdi. Konsertin sonunda ssenari və ifaları ayaqüstə alqışlayanlar isə nazirliyin əməkdaşları deyildi, sıravi Azərbaycan tamaşaçısıydı. Təxminən bir neçə ildir, sizin o tamaşaçıya kütlə münasibəti göstərdiyinizi, o sıravi Azərbaycan vətəndaşını "tin"ə sıxışdıraraq ələ saldığınızın (üzr də istəmisiniz buna görə) şahidi oluruq. İllər öncə Azərbaycanı böyük səhnələrdə layiqli təmsil edib, uğurlu çıxışları ilə bizi qürurlandıran adamdan əsər-əlamət qalmayıb. Fikrət Əmirov dahidir. Bu dünyaya bəlkə 100 ildə bir dəfə gələn dahi. Onun adına keçirilən konsertdə hər hansı qüsur olubsa, buna görə üzr istəyirəm. Amma bu konsert sizingünlərdir davam edən statuslarınızdakı təsvirin motivi olacaq qədər pis keçsəydi, o zalı tərk edənlər təkcə bir neçə nəfər olmazdı. Çünki bu xalq dəyərlərinə sahib çıxmağı bacarır".
Digər Xəbərlər
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16


Bakı -°C

