01 Fevral 2025 12:00
95
HADİSƏ

Hər gün eyni yeməyi yeyən uşaq kor oldu

8 yaşlı uşaq yemək vərdişlərinə görə görmə qabiliyyətini itirib.

Adalet.az xarici KİV-ə istinasdən xəbər verir ki, Malayziyada baş verən hadisədən sonra mütəxəssislər bəzi qidalarla bağlı yenidən xəbərdarlıq ediblər.

Məlum olub ki, uşaq körpəlikdən yalnız işlənmiş və qablaşdırılmış qidalardan istifadə edib. Bu qidalara nuggets, kolbasa və biskvitlər daxildir. Həkimlər belə qidaların görmə sinirinin sağlamlığına ciddi ziyan vurduğunu vurğulayıblar. 

A vitamininin sağlam gözlər üçün mühüm yeri var. Səbəb isə gözün zəif işıqda yaşaması üçün rodopsin zülalını istehsal etməsidir. Bu zülalın çatışmazlığı optik sinirlərin zəifləməsinə və ağrısız görmə itkisinə səbəb ola bilər.

Mütəxəssislər qablaşdırılmış, emal olunmuş, fast food tipli qidaların qida çatışmazlığına səbəb olduğunu deyir və bu məsələ ilə bağlı valideynlərə xəbərdarlıq edir. 

Belə hallar İngiltərə və ABŞ-də də müşahidə olunmağa başlayıb. Məsələn, İngiltərədə yalnız kartof qızartması yeyən uşaqda A vitamini çatışmazlığı aşkar edilib.