adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Sentyabr 2018 10:00
86835
MÜSAHİBƏ

"Hətta bəzən ateistlərin də içində Allaha inam var" - Hacı Şahinlə müsahibə

Budəfəki müsahibimiz tanınmış ilahiyyatçı, dinxadimi Hacı Şahin Həsənlidir. Elşad Miriyə verdiyimiz sualları ona daünvanladıq.






Adalet.az müsahibəni sizlərə təqdim edir.

- Hər il müxtəlif ölkələrdən bir xeyli adam Həccziyarətinə göndərilir. Elə insanlar var, on beş, iyirminci dəfədir ki, ziyarətdəolur. Ümumiyyətlə, Həcc ziyarəti İslam dinindən gələn adət-ənənədir, yoxsavacib əməl?

- Həccİslamın vacib buyurduğu əməllərdən biridir. Maddi və sağlamlıq durumu imkanverirsə, Həcc ziyarətində olmalıdır. Yalnız bir dəfə vacibdir. Birdən daha çoxziyarətə getməyi dinimiz qadağan etmir. İnsan istədiyi vaxt ziyarətə gedə bilər.Sadəcə əgər əlimdə olan vəsaiti daha yaxşı işə xərcləyə bilərəmsə, daha gözəlolar. Amma elə insanlar da var ki, xeyriyyəçiliklə yanaşı ziyarətə də gedə bilər,biz bunun qarşısını ala bilmərik. Bəzən sadəcə Hacı adını qazanmaq üçün ziyarətəgedən insanlar var, onların bu adı istismar etməyi heç dı yaxşı qarşılanmır.Bununla yanaşı səmimi şəkildə ziyarət edən insanlar da var. Mən özüm qrup rəhbəriyəm,hər il mütəmadi olaraq ziyarətə gedirəm. Həcc ziyarəti imtiyaz deyil, məsuliyyətdir.Çünki o qayıdandan sonra onun əməlləri bütün Hacıların adına yazılır. Onunhansısa davranışı mənfi nümunəyə çevrilə bilir.

- Bilirik ki, İslam gələndə bütləri dağıtdı gəldi.Amma Həcc ziyarətində şeytanı daşlamaq mərasimi var. Bu nə dərəcədə düzgündür?

-Ümümiyyətlə, Həcc ziyarəti simvolikdir. Yerinə yetirilən ayinlər də. Baxsaq, Kəbənin özü də daşdandı və simvolik olaraq tövhidi təcəssüm etdirir. Məsələn, iki dağarasında səy etmək var. Səfa ilə Mərv dağları arasında insanlar gəzirlər. Bu Həzrətiİbrahimdən qalmış ayindir. Həyat yoldaşı Hacər övladına su axtarır, sonra övladınınayaqları altından Zəmzəm suyu qaynayır. Bunun mənası odur ki, insan məqsədiüçün çalışmalı, səy etməlidir. Eyni zamanda şeytanı daşlamaq da. O sütunlarşeytanı simvolizə edir. O ayin də sadəcə daxili mübarizəni təcəssüm etdirir.

- Bəzən adamlar çıxır ortaya, özlərini şiəadlandırırlar, deyirlər ki, Kərbəla ziyarəti Həccdən qat-qat üstündür. Bumüqayisə nə dərəcədə doğrudur?

- Həccziyarəti yeganə vacib ziyarətdir. Bəzən deyirlər ki, biz əgər övliyaların qəbriniziyarət ediriksə, bu Allaha şərik qoşmaqdır. Başqa ənənəvi məzhəblərə baxsaq, nəinkibu ziyarət qadağandır, bəyənilən əməl hesab olunur. Bu insanlıq nümunələrindənbiridir. Hər bir xalq öz qəhrəmanlarını, şəhidlərini ziyarət edir. Övliyalar daörnək olan insanlardır, insanlıq etalonudurlar. Dinimiz bu ziyarəti qadağan eləmir,hətta təşviq edir. Bunu bir məzhəbin adına çıxmaq doğru deyil. Bəzi məzhəblərvar ki, o qəbirləri dağıdır, Allahıb təkliyinə zidd olduğuna görə. Bu doğrudeyil. Çünki bəzən biz Allaha müəyyən vasitələrlə yönəlirik. Kəbənin kənarındaİbrahim evi deyilən yerdə onun ayaq izi var. Quranda da onun adı çəkilib.Sonradan pirə çevrilib. Və Quranda da buyurulub ki, namazı orada qılın. Bu onungöstəricisidir ki, Allaha doğru bir öndər vasitəsilə getmək lazımdır. Azərbaycandada onlarla pir var, onlar həm mədəni-irsi abidələrdir, həm də inanc yerimizdir.Bu cür ziyarətlər məhəbbətin simvoludur və olmadığı yerlərdə radikalizm ayaqaçıb yeriyir. Məhəbbət olmayan yerdə radikalizm baş qaldırır.

Qaldıki, müqayisəyə. Biz deyirik ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. Buşəhidlərin təhqir olunması deyil, alimin dəyərini ifadə olunmasıdır. Allahayaxın olan bir mömin Kəbədən üstündür. Bunu peyğəmbər buyurur. Yəni insan Kəbədənüstün ola bilər. İnsan bütün yaradılışların əşrəfidir, üstünüdür. Bu mənadamüqayisə edəndə kamil insan Kəbədən üstün sayılır. Bu Kəbənin aşağılanmasıdeyil. Amma ifrata varılsa və Kəbə doğrudan da alçaldılsa, bu yol verilməzdir.Bütün dəyərlərlə yanaşı peyğəmbəri Kəbə ilə müqayisə etsək, peyğəmbər Kəbədənüstündür. Ümumiyyətlə fəzilətli bir İnsan Kəbədən üstün sayıla bilər. Bu mənadamüqayisə olunmasında qəbahət görmürəm.

- Bəli, bəzən fanatiklər bunu elə şəkildə deyirki...

-Doğrudur, adamda qıcıq yaradır. Bundan çəkinmək lazımdır.

­- İnsanlar hansı inancla doğulurlar?

- Hədislərdəqeyd olunur ki, hər bir insan müsəlman olaraq doğulur. Müsəlman deyəndə konkretolaraq hansısa din mənsubu nəzərdə tutulmur. Müsəlman təslim olan deməkdir, yəniinsanın fitrəində həmişə Allahla gizli bir əlaqə var. İnsan özündən yüksək birvarlığa can atır. Məsələn, uşağın nağıla həvəsi onun mistik, metafizik aləməcan atmasının göstəricisidir. Sonradan dünyəvi maraqlar, mənafelər yerəendirir. İnsanda həmişə inanc hissi olur və hisslə doğulur. Sonradan mühit,valideyn tərbiyəsi onu başqa istiqamətlərə yönləndirə bilir.

HəttaAllahı inkar edən şəxslər də bəzən tərəddüd edirlər, hər hansı bir qüvvəninmövcudluğu haqqında düşünürlər. İnsan doğulanda özünün təkcə maddi, bir ətparçası olmadığını dərk edir. Ucalığa can atan, mənəvi dünyası olan birvarlıq olduğunu anlayır. Quran bunu ruh adlandırır, bunu Allahın sirrlərindən biri kimi dəyərləndirir.

- Başqa ölkələr də var ki, o ölkələrdə insanların əksəriyyətixristian, digərində yəhudi, başqalarında hinduizmə inanlar çoxdur. Sizsədeyirsiniz ki, insanlar təmiz inancla doğulur. O zaman kimin haqqı çatır ki,kimisə dini inancına görə mühakimə etsin? Onların günahı nədir?

- İnsanlar öz mühitlərinə uyğun formalaşırlar. Bu bəzən etnik dindarlıqanlayışını meydana gətirir. Yəni bəzi insanlar etnik müsəlmandırlar. Ailəsi müsəlmanolduğu üçün özünü identikləşdirir, müsəlman kimi qəbul edir. Əslində inancseçimə bağlıdır, könüllü seçimdir, iradəli seçimdir. Bəzi insanlar olur ki,yaşının müəyyən dövründə fərqli seçim edirlər. Əgər inanc yanlışdırsa və buondan asılı olmayan şeydirsə məsuliyyət daşımır. Quran bütün peyğəmbərləri mötəbərhesab edir. İslam yeganə dindir ki, bütün peyğəmbərlərə sayğı ilə yanaşır vəİsanı qəbul etməyən müsəlman deyil, eləcə də digərlərini. Bizim dinimizə görəbütün peyğəmbərlər bir həqiqəti təbliğ ediblər və Quranla kamilləşib. Quranİncili, Tövratı inkar etmir və inancın vacib şərti kimi qəbul edir. Bu təqribəndərs proqramına bənzəyir. Uşaq böyüdükcə, yaşı artdıqca dərs proqramı da onunyaşına uyğun təkmilləşir. İnsanın keçdiyi hər mərhələyə uyğun da səmavikitablar göndərilib. Sonuncu olaraq da Quran nazil olunur və yeniqanunvericilik aktının qəbul olunur. 

Amma Quran gələn kimi digər inanc sahibləriniqınaya bilmərik, onlara qarşı kəskin mövqedə ola bilmərik. Bəzən İslamı elə eybəcərformada çatdırırlar, haqq veririk ki, onlar öz dinlərində qalsınlar. Bu şəkilədüşməkdənsə, elə öz dinlərində qalsalar yaxşıdır. Özünüz də bilirsiniz, birqrup insanlar var ki, İslam adı ilə zorakılığı, vəhşiliyi, təbliğ edir.Diri-diri insanların "Allahu Əkbər" şüarı iləbaşını kəsir. Əgər bir insana dini düzgün formada çatdrımırlarsa, buonun günahı deyil və o yalnız insanlığına uyğun sorğu-sual olunacaq. Hamı bilirki, oğruluq, yalançılıq yaxşı bir şey deyil, bunu bilən insanları da Allah həminfitrətə, vicdana uyğun sorğu-sual edəcək. Amma insana İslam doğru şəkildəçatdırılırsa, inadkarlıq edib qəbul etmirsə, ozaman bu fərqli mövzudur. Ondainsan qınanır, çünki həqiqətin qarşısında inadkarlıq etmək düzgün deyil. Bu günbiz dünya insanlarını qınaya bilmərik ki, niyə hamı İslamı qəbul etməyib.

- İslamda başqa dindən olan insanlarla dostluq etmək,ailə qurmağa qadağa varmı?

- Qurandakı düşmənçilik edin ayələri konkret zaman və məkana uyğun nəzərdətutulub. Yəni o zaman ki, müəyyən birtoplumlar müsəlmanlara qarşı vuruşurdu, Quran buyururdu ki, sizinlə düşmənçilikedənlərlə vuruşun. Bu gün özümüzə baxsaq, görərik ki, bu gün təcavüzə məruzqalmışıq. Quran buyurur ki, torpaqlarınızı azad etmək üçün vuruşun. Vuruşun ayələrninməzmunu budur ki, sizinlə vuruşanlarla vuruşun. Bunu götürüb bəzən bütünzamanalara aid edirlər, guya İslam fərqli düşüncələrə qarşı cihad edib. Butamamən yanlış fikirdir. Quranda dialoqa dəvət edən ayələr var. Yəni məsələn,xristianları ortaq kəlməyə doğru, Allaha doğru dəvət etmək. Quran bütün din mənsublarınıbirliyə dəvət edir. Peyğəmbərimiz Mədinəyə köçdüyü zaman orada məhşur bir sənədimzalayır. Orada yaşayan yəhudilər dini azlıq hesab olunurdu və o sənəddəonların inancı, dini hüquqları təsbit edilib. Hətta İslam ümmətinin tərkibihesab ediliblər.

Peyğəmbərona qarşı olan zorakılıqlara çox dözümlü yanaşıb və onlrı bəd dua ilə yad eləməyib.Onu yaralayan insanlar üçün xoş dua edib ki, ilahi, onları doğru yola yönəlt.Onlar bilmədən bu işi görüblər. Bu gün ayələri konteksdən çıxarıb, guya ki, fərqlidüşüncələrə mənsub adamlara qarşı cihad etməyi təbliğ edənlər ya İslamı səhvbaşa düşüblər, ya da qəsdən belə edirlər ki, din gözdən düşsün.

Bu günAzərbaycan radikallığın ciddi sosial bazası yoxdur. Çünki bayaq da dediyim ki,azərbaycanlılarda dinə, Allah və onun övliyalarına məhəbbət var, məhəbbət olanyerdə radikallıq ola bilməz. Bu bizim poeziyamızda da, mədəniyyətimizdə də öz əksinitapıb.

- Homoseksullıq barədə bilirsiniz. Bunu xəstəlikkimi də qəbul edirlər, xəstəlik olmadığını da deyirlər. Bəs, İslam necə qəbuledir?

-Dinimiz bu əməlləri günah hesab edir. Bu insanın təbiətinə və fitrətinə ziddir.Eyni zamanda da mütəxəssislər də bu məsələni araşdırır ki, dğrudan da bu xəstəlikdirmi,xəstəlik deyilmi. Dəqiq bir nəticəyə də gələ bilmirlər. Din hər bir halda bunuqadağan edir.

- Bu insanlar cəzalandırıla bilər?

-Ümumiyyətlə, bu daha çox təbliğ olunduqda təsir dairəsi genişlənir, buinsaların sayı artır. Din açıq şəkildə bunun təbliğ olunmasını qadağan edir.

- Elə insanlar var ki, sonsuzdurlar və ailə həyatıqururlar, uşaqları olmur. Onlara təklif olunur ki, süni mayalanma ilə uşaqdünyaya gətirsinlər. Din bunu necə qarşılayır?

- İslamdininin özəlliklərindən biri də budur ki, zamanın yeniliklərinə açıqdır,uyğunlaşır. Buna ictihad deyilir. Bu günkü müasir dini baxışlara görə sünimayalanma qadağan deyil. Amma burada şərt odur ki, əgər bu donor vasitəsilə edilirsəatası həmin donor sayılır. Əgər atası donor olursa, din bunu qadağan etmir.

- Niyə başqa peyğəmbərlərinfilmlərdə üzünün göstərilməsi yaxşı, Məhəmməd Peyğəmbərin üzünün göstərilməsipis qarşılanır? Bayaq dediniz ki, İslam dini başqa peyğəmbərləri də qəbul etməyivacib şərt kimi buyurur.

- Düzdür, bu barədə fərqligörüşlər var. Ümumilikdə, müqəddəs şəxslərin təsəvvürdə necə qalıbsa, elə dəqalmağı nəzərdə tutulur. Bu barədə qəti şəkildə bir şey deyə bilmərək, çünki şəriyyətdəbelə bir hökm yoxdur. Bu müəyyən qədər insanların öz ixtiyarına buraxılıb vəİslam peyğəmbəri sonuncu olduğuna görə bəzən bu dinə mənsub olanlar ehtiyatüçün sırf Məhəmməd peyğəmbərin üzün göstərmirlər. Deyirsiz ki, digərlərini nüzüniyə göstərilir. Axı, İslam dininə inanalar üçün daha çox İslam peyğəmbəriüstün sayılır. Zaman keçdikcə ola bilər ki, bu məsələyə fərqli bir baxış olsun.

- Quranda Allahın dünyaya nəzarəti haqqında nəsəvarmı? Məsələn, deizim deyir ki, Allah dünyanı yaradıb və çəkilib kənara, onunişinə qarışmır.

- Quranda qeyd olunur ki,Allah aktiv şəkildə dünyada baş verənlərə nəzarət edir. Bunları səbəbi insanınazadlığındadır. Əgər Allah bütün cinəytlərin qarşısını alacaqdısa onda bizkimik? İnsanın azadlığının sayəsində bəşəriyyət bu problemlərlə qarşılaşır. Bəzənqınayırıq ki, niyə Allah bu işlərə nəzarət etmir. Cəmiyyət özü yetkinləşibbunların qarşısını almalıdır. Dinin əsas hədəfi də insanın kamilləşməsidir.Kamilləşmə də bu proseslərin içində baş verir. Bir xalq yetkinləşirsə, bu cinayətlərinsayı azalır. Quranda bir ayə var ki, bir xalq öz taleyini dəyişməyincə, Allahınonun taleyini dəyişməz. Dəyişmə potensialı insanda var. Allah bəzən səbr edir,dözür, bu o demək deyil ki, Allah bunlardan razıdır. Bir sıra məsələlər var ki,bu insanın iradəsinə buraxılıb. Bəzən övladlarımıza da səhv etmək şansı verməliyikki, o özü nəticə çıxarsın. Yoxsa o zəif insan kimi yetişər. Bu sərbəstlik üzərindəbir nəzarətdir.

- İntihar Quranda pislənir, bunu bilirik. Bəs xəstəliyədözməyib özlərini öldürənlər necə?

- Bu daintiharın bir növü hesab olunur. İnsanın ağrı-acıya dözməsi kamilləşməsiningöstəricisidir. Biz bu dünyada ağrı=acıya dözürük ki, içimizdəki istedadlar çiçəklənsin.Bəzən bir insana nəyisə bəxş etmək üçün onu nələrdənsə məhrum etmək lazım gəlir.İnsan üzməyi öyrənmək üçün su ilə çarpışmalıdır. Quranda Həzrəti Eyyub haqındadanışılır. O ağır xəstəliyə düçar oldu, amma Allaha qarşı çıxmadı, naşükürolmadı. Əgər ağrıların qarşısını almaq üçün başqa vasitələr varsa, istifadəolunmalıdır. Amma özünü öldürmək intihar hesab olunur.

- Bəs komaya düşmüş bir insanın yaxınlarını icazəsi ilə aparatdan ayrılması?

- Gözləmək lazımdır ki,öz əcəli ilə dünyasını dəyişsin. Yenə deyirəm, ola bilər ki, zaman keçdikcə fərqligörüşlər meydana gəlsin, amma bu günə olan baxış budur ki, olmaz.

- Bəs yaxşı, dindarlar namaz qılırlar, dua edirlər.Bütün bunlara da ərəbcə riayət edirlər. Olmazmı ki, Azərbaycan dilindəqılsınlar namazı?

- Duanıninsanın öz dilində etməsində heç bir qəbahət yoxdur. Amma namaz gündəlik diniayindir, bunun original şəkildə qılınması tövsiyə olunur. Çünki Qurandakı ayələrərəbcə nazil olunub. Bu ayələri təbii ki, anlamalıyıq. Hərflərin düzülüşündəbir ecazkarlıq var, insan qəribə bir duyğu, hiss keçirir. Originaldan oxuyub tərcüməsinibilmək şərtilə namaz qılınsa yaxşıdır.

- Bu problemi özüm də yaşamışam deyə sual verirəm.Quranın cırılması ilə bağlı sizin düşüncələriniz nədir?

- Ümumiyyətlə, Quranınzahirinə və həqiqətinə hörmətlə yanaşmaq lazımdır. Məsələn, biz Qədr gecəsindəQuranı başımızın üstünə qaldırırıq. Bəzən bu hərəkət insanlarda sual doğurur.Düşünürəm, bu əslində mütərəqqi ayindir ki, xalq bir kitabı başının üzərinəqaldırır, uca tutur. Doğrudur, bəzi insanlar var ki, elə Quranın zahirini dəyərləndirir,rəfdə saxlayır, yalnız kimsə dünyasını dəyişəndə, yaxud da gəlin gətiriləndə əlinəalır. Bu Quranın öz təyinatı üzrə istifadə olunmaması deməkdir. İnsanlar Quranıoxumaqdan çəkinməməlidir, stolüstü bir kitab kimi dəyərləndirməlidir. Məsələn,sevdiyimiz bir şəxsdən məktub gələndə, öpüb gözümüzün üstünə qoyuruq, eləcə dəQurana bu sayğı olamalıdır. Bu məhəbbətin ifadəsidir. Bir kitabı ki, Allah bizəgöndərib, ona hörmət etmək lazımdır. Elə insanlar var ki, müqəddəsliyi inkaredirlər. Quranda belə bir ayə var, Musaya buyurulur ki, çarıqlarını çıxar, sənmüqəddəs bir vadiyə, Tuva vadisinə daxil olursan. Yəni Quranda hətta bir yerə dəmüqəddəs kimi yanaşılır.

Məsələn, dövlət başçısıbayraq önündə əyilir, təzim edir. Bu onun arxsında olan vətən anlayışınasayğıdır. Bəzən yas mərasimlərində Yasin oxunur. Tərəfdarıyam ki, Yasinoxunandan sonra tərcüməsini də oxusunlar. İnsanlar bilsinlər ki, nəyə qulaqasırlar.

- Amma televiziyada da göstərirlər ki, hansısa evyandı, Quran yanmadı. Və yaxud kimsə Quranı cırdı, meymuna çevrildi.

- Bəzən xürafatlara inamartıq. Məsələn, deyirlər ki, meyvənin üstünə Allah yazılıb, başqa nələrsə. Beləşeyləri qəbul etmirəm. Bunlarla insanalrın başını qatırlar. Allahın sübutolunması üçün meyvənin üstünə adını yazmasına ehtiyac yoxdur. Din tarixində möcüzələrolub, bəli, peyğəmbərlər möcüzələr göstəriblər, amma dinə möcüzə kimi yanaşmaq,onu reallıqdan ayırıb hansısa bir anlayış kimi qəbul etmək kökündən yanlışdır.Din real düşüncədir, real həyat tərzidir. Ona görə də ona realistcəsinəyanaşmaq lazımdır. Onun görüşlərini, baxışlarını həyatımıza tətbiq etməklazımdır. Din adı gələn kimi kimlərsə qeyri-adilik axtarır. Tutaq ki, Kəbə evidəfələrlə uçub, yenidən düzəldiblər, tikiblər. Sual oluna bilər ki, Allah niyəöz evini qorumur? Bu təbii hadisədir.