HƏYATININ GÜNƏŞİNİ SÖNDÜRMƏ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Zərərli Vərdişlərə Qarşı” ictimai birliyinin təşkilatçılığı ilə “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində tədbirlərin icrasına start verilibdir. Layihə çərçivəsində ilk tədbir 15 aprel 2022-ci il tarixində Saray kənd 2 saylı orta məktəbində, 20 aprel 2022-ci il tarixində isə Xırdalan şəhərinin 3 və 10 saylı orta ümumtəhsil müəssisələrində marifləndirici tədbir həyata keçirilibdir.
Tədbirdə açılış çıxışı edən “Zərərli Vərdişlərə Qarşı” ictimai birliyinin sədri Zaur Oruçov layihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeyd etti ki, layihənin məqsədi, yeniyetmə və gənclərin zərərli vərdişlərlə (narkotik maddələrdən, tütün məhsullarından və alkoqollu içəcəklərdən) şüurlu şəkildə mübarizə aparmalarına dəstək olmaqdır. Bunun üçün mütəmadi olaraq yeniyetmə və gənclərlə bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır.
Təlimçi İsmət Əmirahov çıxış edərək aludəçiliyin fəsadları, zərəli vərdişlərlə mübarizə, aludəçiliyinin insan psixologiyasına mənfi təsirləri, narkotik maddələrin insan orqanizminə zərərləri və zərərli maddə təkliflərə yox deməyi necə bacarmalı mövzularında iştirakçılara ətraflı məlumat verib.
Tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış “Həyatının günəşini söndürmə” kitapçası, buklet, qələm və bloknot hədiyyə edilib.
Digər Xəbərlər

XƏZƏRYANI ÖLKƏLƏRİN DƏNİZÇİLRİNƏ MÜRACİƏT

"Sahibkarlar Forumu" keçirilib

“Füyuzat”la Türkçülük və İstiqlalın tarixi yazıldı

Ailə dəyərlərinə olan təhdidlərin uşaqların psixologiyasına vurduğu ziyanlar

“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” görülür

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINDA YERİ
