Hikmət Hacıyev: "Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək"

Azərbaycan Konstitusiyaya uyğun olaraq Qarabağın bütün sadə erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək, eləcə də ölkədə 30 ildir mövcud olan "boz zona”ya son qoymaq niyyətindədir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CNN telekanalına müsahibəsində deyib.
Prezidentin köməkçisi qeyd edib ki, CNN-in hesabatı bütün reallıqları əks etdirmir və balansı pozur, bütün faktlar diqqətlə yoxlanılmalıdır.
H.Hacıyev bildirib ki, hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququ var.
Onun sözlərinə görə, Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın və bütün regionun təhlükəsizliyinə təhdid yaradan silahlı qüvvələrə qarşı yönəldilib:
"Reallıq ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin qalıqları – Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalı kimi ölkəmizin suveren ərazilərində qalmaqda davam edirdi. Amma indi buna son qoyulub. Azərbaycan antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalıb və yüksək dəqiqlikli silahlardan istifadə etməklə mülki əhali arasında ölüm hallarının qarşısını almaq üçün yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri sıradan çıxarılıb. Belə ki, hərbi obyektlərdən uzaq durmaq üçün yerli sakinlərə radio və SMS vasitəsilə xəbərdarlıq edilib".
"Azərbaycan Ermənistandan fərqlidir. Ermənistan hətta 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinə, O cümlədən bir gecədə onlarla dinc sakinin həlak olduğu doğma şəhərim Gəncəyə qarşı SCAD və "İsgəndər" raketlərindən istifadə edib", - H.Hacıyev əlavə edib.
Digər Xəbərlər
28 Oktyabr 2025 11:32 İctimai nəqliyyatda yenilik - Avtobusların gəliş vaxtını telefonda izləmək olacaq
27 Oktyabr 2025 17:52 Vilayət Eyvazov sıra baxışı keçirdi - 14 nəfər Vətən müharibəsi iştirakçısı polisə qəbul olundu - VİDEO
27 Oktyabr 2025 17:50 Komitə sədri: Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər var
27 Oktyabr 2025 17:29 Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarladı
27 Oktyabr 2025 14:08 “Ətə möhür vurmaq üçün pul alınır” – Ekspert AQTA-ni ittiham etdi
27 Oktyabr 2025 11:40 Daha 16 itkin-şəhid dəfn olunacaq
27 Oktyabr 2025 11:16 Muxtar Babayev: UNEP Xəzərdə dayazlaşma ilə bağlı araşdırma layihəsini Azərbaycana təqdim edib
27 Oktyabr 2025 10:17 

Bakı -°C 






