Himnin sözləri olmayan ölkə…

İspaniya haqqında ən maraqlı faktlar...
Dünya ölkələri öz spesifik xüsusiyyətləri həyatı daha rəngarəng edir. Burada müxtəlif adətlər, dini, irqi elementlər və saymaqla bitməyən xeyli məqamlar var. Bu dəfə maraqlı musiqi mədəniyyəti, məhşu futbol komandaları ilə dünyanın diqqət mərkəzində olan İspaniyaya nisbətən fərqli aspektdən baxmağınızı istədim. Avropanın ən şən və qonaqpərvər ölkələrindən biri və bəlkə də birincisi olan İspaniya haqqında ən maraqlı faktları sizə təqdim edirəm: Beləki əgər nə zamansaİspaniyaya yolunuz düşsə, mütləq bir bayram və ya karnavalın şahidi olacağınızdan əmin ola bilərsiniz. Çünkiispanlar öz maraqlı adətləri ilə hamıdan seçilirlər. İspaniyanın adı ilə bağlı bir sıra versiyalar var. Onlardan biri də busözün “dovşanlar ölkəsi” anlamında olmasıdır.
Əgərİspaniya deyəndə bir nəfər yalnız məşhur korridalar —öküz döyüşləri haqqında düşünürsə, demək ki, o adamın bu ölkə barədə bilgiləri çox azdır. Əvvəla İspaniya Avropanın ən dağlıq ölkəsidir, Madrid isə Avropadakı ən “hündür” paytaxt hesab edilir.Bununla beləMadrid İspaniyanın tammərkəzində yerləşir. Madridin də tam mərkəzində, Puerta del Sol meydanında “0-cı kilometr” adlı nöqtə var. Ölkədəki bütün yollar başlanğıcını məhz bu nöqtədən götürür.Hazırda İspaniyada əhalisinin sayı təxminən 46 milyondan çoxdur. Çox maraqlı faktlardan biri də budur ki, İspaniya dövlətinin himnin sözləri yoxdur.
Kim ki,kartofu, pomidoru, kakaonu daha çox sevirsə, ən azından bu məhsullara görə məhz ispanlara təşəkkür edə bilər. Ona görə ki, bu məhsullarıdünya ölkələrinə ilktanış edən məhz ispanlar olub.
Məlumatlara əsasən hazırda dünyanın ən qədim restoranı da İspaniyadadır. Həmin restoran,1725-ci ildə Madriddə açılıb və adı“Botin”- dir. Daha sonra bu ölkədə ildə cəmi 6 ay işləyən restoran da var. Həmin restoranda qeyri-adi yeməklər dadmaq mümkündür. Məsələn, qum dadı verən şokolad, balıq dadı verən dondurma və bu kimi fərqli təamlar.
Hazırladı:Bünyamin Bünyadzadə
Digər Xəbərlər

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR

41 il əvvəl 106 saylı marşrutda terror: Cani erməni niyə cəza almadı? - TƏFƏRRÜAT
