"Son zəng”də təlimata əməl etməyən direktor və sinif rəhbərləri tənbeh edilib
İyunun 14-də 112 000-dən çox məzunun, onların valideynlərinin və yaxınlarının, müəllimlərin iştirakı ilə məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
Bu barədə Adalet.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ümumi təhsil müəssisələrinə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Bununla yanaşı, Agentliyin yerli təhsili idarəetmə bölmələri tərəfindən “Son zəng” gününün təlimata uyğun keçirilməsini, şagirdlərin və tədbirdə iştirak edən bütün şəxslərin təhlükəsizliyini, eləcə də məktəb mühitində nizam-intizamı təmin etmək məqsədi ilə müəssisələrdə monitorinqlər aparılıb.
Tədbirlərin icrasına nəzarət və aparılan monitorinqlər nəticəsində deyə bilərik ki, “Son zəng” tədbirləri ümumi təhsil müəssisələrinə göndərilmiş müvafiq təlimatların tələblərinə, eyni zamanda təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilib:
"Təlimatın tələblərinə anlayışla yanaşdıqlarına görə valideynlərə, ictimai asayişin qorunmasını təmin etdiyinə görə Daxili İşlər Nazirliyinin yerli bölmələrinə, eyni zamanda məktəblərin pedaqoji kollektivlərinə təşəkkür edirik. Bununla yanaşı, bildiririk ki, təəssüf ki, bəzi hallarda təlimatın tələblərində nəzərdə tutulmayan müəyyən hallar da müşahidə olunub. Həmin məktəblərin direktorları, sinif rəhbərləri ilə bu barədə söhbət aparılıb, müvafiq inzibati tənbeh tədbirləri görülüb.
İctimaiyyəti minlərlə insanın iştirakçılığı ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdə baş vermis azsaylı xoşagəlməz hadisələri ümumiləşdirmədən məktəb və müəllim nüfuzunun qorunmasında dəstək olmağa çağırırıq".
Digər Xəbərlər
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20


Bakı -°C

