Hindistanda blogeri ağaca bağlayıb yandırdılar
Hindistanın Pəncab əyalətində 28 yaşlı sosial media fenomeninin ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Manjeet Kaur iki tanışı tərəfindən qaçırıldıqdan sonra ağır işgəncələrə məruz qalıb.
Məlumata görə, hadisə iyulun 3-də gecə saatlarında baş verib. Kaur iki tanışı ilə görüşmək üçün Çandiqarxdakı bir əraziyə çağırılıb. Bundan sonra onun zorla avtomobilə mindirilərək Morinda yaxınlığındakı meşəlik əraziyə aparıldığı bildirilir.
İddialara əsasən, burada gənc qadın döyülüb, tut ağacına bağlanıb və yandırılıb. Hadisə yerinə gələn şəxslərdən biri Kauru alovlar içərisində görərək üzərinə yorğan atıb və yanğını söndürüb.
Ağır yanıq xəsarətləri alan qadın təxminən iki ay ərzində həyat mübarizəsi aparıb. Lakin o, avqustun 26-da xəstəxanada vəfat edib.
Tibbi ekspertizanın nəticələrinə əsasən, Kaur öldüyü zaman təxminən 7 həftəlik hamilə olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Digər Xəbərlər
23 Sentyabr 2026 13:53
Ərdoğanın silah hədiyyəsinə qılıncla cavab verdi
23 Sentyabr 2026 11:48
İranla savaşda neçə ABŞ hərbçisi ölüb?
23 Sentyabr 2026 11:31
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR
23 Sentyabr 2026 10:31
Yaponiyada dəhşətli tayfun: Xeyli ölən və yaralanan var
23 Sentyabr 2026 10:02
Rusiyada ayılar bu şəhəri əhatəyə aldı
23 Sentyabr 2026 09:44
Əməliyyatdan sonra həyatı kabusa çevrilmişdi - Evtanaziya ilə öldü
23 Sentyabr 2026 09:24
Qalmaqallı açıqlamadan sonra - Qadınlar parlamentə mini ətəklə getdilər
23 Sentyabr 2026 00:11


Bakı -°C

