23 May 2024 12:09
414
GÜNDƏM

Hitlerin Polşadakı "Qurd yuvası"ndan tapılan kəllə sümükləri: Yəhudlərmi? - FOTOLAR

Məlumdur ki, Avropada 6 milyon yəhudini amansızcasına məhv edən Hitler hakimiyyəti dövründə Avropadakı yəhudilərin 3/2-i məhv edilib.
Adalet.az
xarici mediaya istinadən xəbər verir ki, elə bu səbəbdəndir ki, Nasist Almaniyasının bir zamanlar lideri olan Adolf Hitler aradan 94 il keçməsinə baxmayaraq (1930-cu başlayan siyasi fəaliyyəti) hələ də araşdırılır.
Belə ki, bu günlərdə Polşa və alman arxeoloqları Hitlerin Polşadakı “Qurd yuvası” adlı qərargahında, Reyxin mənzili ərazisində yeni doğulmuş uşaq da daxil olmaqla beş insan qalığı aşkar ediblər.

Yerli mətbuatın məlumatına görə, insan qalıqlarının heç bir orqanı yerində olmayıb. Arxeoloqlardan biri Oktavian Bartoşevski tapıntıdan təəccübləndiklərini bildirib. İnsan qalıqları demək olar ki, təsadüfən tapılıb.



Ərazi yaxşı tədqiq edildiyi üçün oradan yeni nəsə kəşf oluna biləcəyi ehtimalı belə hesab edilmirdi. Köhnə taxta döşəmə arxeoloqlardan birinin diqqətini çəkib. Araşdırma zamanı məlum olub ki, orada su borusu və insan kəlləsinin qalıqları var. Meşənin dərinliklərində gizlin saxlanılan bu  düşərgə kompleks 200-ə yaxın nasist bunkerindən və hərbi kazarmadan ibarət olub.

Ən yüksək səviyyədə, Hitlerin zəhərlənməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş yemək dequstatorları da daxil olmaqla, təxminən 2000 insan orada yaşayıb.

Həmin  “Qurd yuvası” 20 iyul 1944-cü ildə polkovnik Klaus Stauffenberq və başqaları tərəfindən Hitlerə uğursuz sui-qəsd cəhdinin yeri olub və “Valkyrie” əməliyyatının məkanı  kimi tanınıb. Orada  tapılan kəllə və digər sümüklər qalıqların gerçək kimliyinə  maraq yaratdı, lakin qalıqların çürümüş  vəziyyəti  əlavə araşdırmanı uğursuz etdi. Təəssüf ki, bəşəriyyət Hitlerin döşəməsi altından sümükləri tapılanların kim olduğunu bilmədi.

Ora  indi turistik məkandır.

Qeyd edək ki, Hitler tarixdə yəhudilərə qarşı olan amansızlığı ilə seçilib. Deyilənə görə, onun yəhudilərə olan nifrəti ilk sevdiyi Stefanie Rabatsch adlı yəhudi qız olub. Ancaq qız Hitlerin evlilik təklifini qəbul etməyib.

Hətta Hitler ona qovuşmadığı üçün özünü intihar etməyə hazır olub. Bundan sonra bu sevgi nifrətə çevrilir. Hakimiyyətə gələn Hitler yəhudilərdən qisas almaq qərarına gəlir. Yəhudilərə Hitler qədər ikinci ən böyük nifrət bəsləyən isə Jozef Mengele olub.

Diri insan, əsasən də uşaqlar üzərində çalışan ən məhşur cəllad Jozef Mengele təkcə 2 milyon insanın ölümünün səbəbkarıdır.Bədənində döyməsi olan ölü yəhudilərin dəriləri, bədən əzaları kəsilərək müxtəlif əl işləri olan əşyalar, suvenirlər, çantalar hazırlanıb.


Əntiqə Rəşid