adalet.az header logo
  • Bakı -°C
20 Avqust 2026 12:16
69
DÜNYA
A- A+

"Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, çoxsaylı boru kəmərlərinin tikintisi və alternativ neft tədarükü marşrutlarının inkişafı səbəbindən gələcəkdə Hörmüz boğazı az əhəmiyyətli olacaq.

Adalet.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Neftin qiymətindən danışan Amerika lideri qeyd edib ki, ABŞ-nin İrana qarşı müharibəsinə baxmayaraq, neftin qiyməti indi bir barel üçün 84-85 dollardır. Onun sözlərinə görə, bunun səbəblərindən biri də Hörmüz boğazından böyük həcmdə neftin keçməsidir.

"Ancaq bundan əlavə, insanlar düşünmədikləri alternativ variantları tapdılar - Texas, Alyaska, Luiziana və digər enerji hasilatı yerlərində. Bununla yanaşı, çoxlu sayda boru kəmərləri tikilir. Söhbət rekord saydan gedir. Buna görə düşünürəm ki, Hörmüz boğazı əvvəlki kimi vacib olmayacaq", - Tramp deyib.