İbrahim Rəisi Moskvaya gedir
İran prezidenti İbrahim Rəisinin bu ay Moskvaya səfər edəcək. Səfər çərçivəsində Rusiyalı həmkarı V. Putinlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, təkcə siyasi yox, həm də mədəni-texnoloji sahələrdə də əməkdaşlıq mövsusunda müzakirələr keçiriləcək.
İran xarici işlər nazirinin sözçüsü Səid Xətibzadə dünənki brifinqində deyib ki, Rusiya prezidentinin dəvətilə baş tutası bu səfər çox əhəmiyyətli bir hadisədir. Daha sonra o, Rusiya səfərinin uğurlu olacağına ümid bəslədiyini deyib.
Ümumiyyətlə, İbrahim Rəisi hələ prezident seçkiləri kompaniyası vaxtı bundan sonra öz ölkəsinin xariçi siyasətinin əsasən şərqə doğru, yəni ilk növbədə Rusiya, Çin, Hindistan, daha sonrasa Cənub-Şərqi Asiya, Əfqanıstan və Mərkəzi Asiyaya doğru istiqamətlənəcəyini bildirmişdi. Bundan əvvəl Çinlə 25 illik strateji əməkdaşlıq müqaviləsi imzalayan rəsmi Tehran indi Rusiya ilə anoloji saziş imzalamaq niyyətindədir. Bunun üçünsə qarşı tərəflə geniş və hərtərəfli müzakirələr aparılmalı, müqavilənin detalları bütün incəliklərinə kimi işlənməlidir.
Bundan əlavə ikitərəfli görüşdə bölgədəki mürəkkəb hərbi-siyasi vəziyyət geniş müzakirə mövzusu olacaq.
ADALET.AZ
Digər Xəbərlər
13 Sentyabr 2026 18:03
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
13 Sentyabr 2026 16:46
Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq
13 Sentyabr 2026 16:41
Hakan Fidan Suriyaya getdi
13 Sentyabr 2026 16:40
Bu ölkə parçalana bilər
13 Sentyabr 2026 16:35
Naməlum dron səbəbindən hava limanı bağlandı
13 Sentyabr 2026 13:23
ABŞ müharibə etmək istəyirsə... - Pezeşkian
13 Sentyabr 2026 11:15
İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
13 Sentyabr 2026 11:06


Bakı -°C

