adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Dekabr 2021 14:18
1198
ŞOU-BİZNES

İbrahim Tatlısəs “təcavüz olayı”na görə rəqqasədən 60 minlik təzminat alır

Bir müddət əvvəl rəqqasə Sibel Gökçenin qatıldığı verilişlərin birində  "İbrahim Tatlıses mənə cinsi təcavüz etdi" deməsi qalmaqala səbəb olmuşdu. 

Adalet.az Türkiyə mediasına  istinadən bildirir ki, bundan sonra müğənni İ.Tatlısəs rəqqasəni məhkəməyə verdi. Ona 60 min TL-lik təzminat davası açdırdı.Məhkəmə də Gökçənin müğənniyə 60 min TL təzminat ödəməsinə qərar verdi. 

İbrahim Tatlısəs hətt televiziya kanalını və verlişin prodüsserini də məhkəməyə verərək ona dəyən mənəvi zərərin ödənilməsini də tələb edib.  Məhkəmə 10 min lira mənəvi tazminatı 8 illik faizi ilə birlikdə İbrahim Tatlısəsə ödənməsinə qərar verdi.

Qeyd edək ki, İbrahim Tatlısəs barəsində iddia edilən təcavüz məsələsinə belə açıqlama vermişdi:

"Böhtan və təhqir ehtiva edən bu əsassız ifadələrlə qürurum qırıldı, etibarının zədələndi. Heç kimə cinsi təcavüz etmədim" 

Əntiqə Rəşid