30 Sentyabr 2024 12:33
445
ƏDƏBİYYAT

İbrahim Yusifoğlunun ŞEİRLƏRİ

Bu gün dəyərli insan, əziz dost, hörmətli şairimiz İbrahim Yusifoğlunun 70 yaşı tamam olur Biz də Əzizimiz İbrahim müəllimi   yubley yaşını - DOĞUM GÜNÜNÜ  xüsusi  vurğulayaraq ONU ÜRƏKDƏN TƏBRİK EDİRİK! 

Hörmətlə: "Ədalət" qəzeti

 

YAŞADIĞIN YAŞA DƏYƏR

 

Bu həyatda naşı olsan,

Bir sapandan daşı olsan.

Yanaqların yaşı olsan,

Bəxtin gedib daşa dəyər.

 

Könlün seçdi igid, mərdin,

Çox bəlaya sinə gərdin,

Qurtarmadı sevgi dərdin,

Yanağında yaşa dəyər.

 

İlk eşqini saxlasan da,

Yada salıb ağlasan da.

“Ah”larınla oxlasan da,

Gözdən ötüb qaşa dəyər.

 

Günah sənlə gəzirdisə,

Ürəyini əzirdisə,

O günaha nəzirdisə-

Payladığın aşa dəyər.

Hər günü tay ilə bilsən,

Dərdi qəlbdən silə bilsən,

Ömrü ömür bilə bilsən,

Yaşadığın yaşa dəyər.

 

Mən çəkən dərdləri, sən barı çəkmə.

 

Mən dedim... sən gəldin...durdun önümdə,

Gözlərin çağlayan bulaq kimiydin.

Ruhum ovsunlanan bu xoş günümdə,

Sən mənə ün yetməz uzaq kimiydin.

 

Nə qədər yaxindıq, o qədər uzaq,

Sarsıldım, duyğulu baxışlarından.

Nə bir qol qaldırdın, nə açdın qucaq,

Qorxdum, gözlərinin yağışlarından.

 

Sən ki, bənzəmirdin yada, özgəyə,

Bilirdim, sən məni duyub gəlmisən.

Şeir söylətməyə, söz eşitməyə,

Qəlbinin səsinə uyub gəlmisən.

 

Görən nə tapmısan şeirlərimdə,

Onların sevincdən kədəri çoxdu.

Elə sinəmdəki dərdlərimin də,

Qədəri varsa da, hədəri yoxdu .

 

Daha nə söyləyim bu payız günü,

Görürsən, yarpaqlar xəzələ dönüb.

Sənə deyəcəyim şeirlər düzü,

Yaza bilmədiyim qəzələ dönüb.

 

Mənli hislərini saxla özündə,

Axı, qəm dəniyəm, qəlbinə əkmə.

Yansam da çatdığın ocaq közündə,

Mən çəkən dərdləri, sən barı çəkmə.

Mən dedim...

           sən gəldin...

                      durdun önümdə,

Gözlərin çağlayan bulaq kimiydin.

Ruhum ovsunlanan bu xoş günümdə,

Sən mənə əlyetməz uzaq kimiydin.

 

Mənə bircə gilə göz yaşı bəsdi.

 

 

Göylərin üzünü aldı buludlar,

Qəlbimi ürpədən külək də əsdi.

Mənim səndə xeyli əmanətim var,

Qaytarsan... bir gilə göz yaşı bəsdi.

 

Bitdin bənövşətək yolumun üstə,

Yaydın yaylığını qolumun üstə,

Yığdım dərdlərimi solumun üstə,

Ağrılar çoxaldı səbrimi kəsdi,

 

Mənə bircə gilə göz yaşı bəsdi.

Vətənin obasın, elin sevmişəm,

Günəşin, yağışın, yelin sevmişəm,

Anamın şipşirin dilin sevmişəm,

Zirvənin qartalı, sərt qaşı bəsdi

 

 

 

GECİKMİŞ MİSRALAR

 

Özümü   duyandan  gizlicə,  aşkar,

Ruhumu  oxşayan  gül  axtarırdım.

İlməsi  qardan  ağ,  üstündə cüt  nar.

Pəncərə  önündə  tül  axtarırdım.

 

Sənə tuş   gəlmədim  baharda,  yayda,

Çölü,  çəmənliyi  gəzdi  gözlərim.

Bir  payız  günündə çatdılar  dada,

Səndən  əllərini  üzən gözlərim.

 

Gödüm, o çiçəksən_ gəzdiyim  gülsən,

Ruhuma  yayılan  ətrin  bəsimdi.

Nə  qədər xöşbəxtəm ,  nə  qədər,  bilsən,

Sevincdən  ürəyim  əsim_əsimdi.

 

Gəlmisən  mələyin  qanadlarında,

Saçını  küləklər   darayırdılar.

Alma  qızartısı  yanaqlarında,

Gözlərin  yolumu  arayırdılar.

 

Yamanca  hürkəkdin,   yaman  təlaışlı,

Arxanca   bir  qısqanc   göz  izləyirdi.

Ancaq  xəyalında  bir  qaraqaşlı,

Səni    oxşayırdı ,  əzizləyirdi.

Sənli   keçəcəkdi  ömrümün ardı,

Qəlbimdən  kədəri,  qəmi   silmişəm,

Nə  yaxşı,  həyatın  paqızı  vardı,

Nə  yaxşı,  mən  səni  tapa  bilmişəm.

 

 

 

NUR SAÇILSIN

 

Bir azcana üzüm gülcək,

Qismətimə daş atılır.

Zərrə boyda sevincimə,

Kədər, qüssə, qəm qatılır.

 

Bu ömürdən bezikmişəm,

Çox istəyə geçikmişəm,

Əlli ilə ev tikmişəm,

Nəm çəkməkdən ev dağılır.

 

Yetəmmədim söz taxtıma,

Heç düşmədi söz vaxtına,

Közü basdım öz baxtıma,

Söz süzülür, qaş çatılır.

 

Saçım, qışın qırov qarı,

Yeməyimdi yazma darı.

Şəkər, təzyiq düşmür barı,

Yeməyimə həbb qatılır.

 

İçim isti, çölüm buzdu,

Dodaq quru, dil susuzdu,

“Düşmənlərim” şəkər, duzdu,

Yağ da, bal da nəs sayılır.

 

Qızıl ömrüm döndü misə,

Alov söndü, düşdüm hisə,

Fərq olmadı yaxşı, pisə,

Yerə, göyə çən yayılır.

 

Bu halımla gedim hara,

Dərd əlindən gəldim zara.

Ulu Tanrı, et bir çara –

Dan sökülür, nur saçılır.

15.05.2023

 

 

BİR QIZ GÖRDÜM SƏNƏ BƏNZƏR

 

Bir qız gördüm sən yerişdə,

Sən duruşda, sən biçimdə.

Sənə oxşar gülüşündən,

Ovsunlandı söz içimdə

 

Yanağı dağ lalasıydı,

Hürkək ceyran balasıydı,

Pəmbə bulud talasıydı,

Yağasıydı su içimdə.

 

Qaşlarını dartması da,

Gözdə ocaq çatması da,

Saçların yan atması da,

Sən nizamda, sən edimdə

 

Süzgün baxıb boylanmağı,

Nazla gəzib dolanmağı,

Hamını xoş, dost sanmağı,

Sənə bənzər, sən seçimdə.

 

Bir az dəcəl, şıltaq qızdı,

Neçə donmuş qəlblər qızdı,

Baxışları sərhəd çızdı,

Sənə bənzər, sən seçimdə.

 

Bir qız gördüm, sənə bənzər,

Duyğulanıb saldım nəzər,

Bu sən idin, lap təzə-tər,

Çözələndi köz içimdə

25.05.2023

 

 

GƏLMİŞƏM SİZLƏRİ GÖRƏM, A DAĞLAR

 

Yaman kövrəlmişəm payız yaşımda,

Xəyalımda ötən çağlarım çağlar.

Çənli gözlərimlə əlim qaşımda,

Gəlmişəm sizlərə baxam, a dağlar.

***

Məndağlaroğluyam, olsam da harda,

Birvaxtzirvənizəizlərsalardım.

Buludaqovuşanşişqayalarda,

Məğrurqartallarıseyrədalardım.

***

Gəlmişəm, a dağlar, yenədoğrusu,

Dərəmkəklikotu, quzuqulağı.

“Birbalaceyranıngözündənduru”,

Arayıb-axtarambumbuzbulağı.

***

Adlarıyadımdabax, kolların da,

Əppəkli, dağdağan tor bağlayıblar.

Qaraca, yemişənbudaqlarında,

Mənəkeçanildən pay saxlayıblar.

***

Zirincintikanlıbudaqlarından,

Dərəcəmsulanmışgilələrini.

İtburnumeyvəsiqızaranandan,

Yığacamyetişmişpilələrini.

***

Daşlarağnayandasıldırımlardan,

Demək, yürüşdədirdağkeçiləri.

Dualaredəcəmildırımlardan,

Tanrıkaşsaxlasınsağkeçiləri

***

Heçvaxtgündüşməyənquzeyinizin,

Hələseyredəcəmqartalasını.

Günəşnurələyəngüneyinizin,

Dəribiyləyəcəmdağlalasını.

***

Dağlargörünəndəqaraçalmalı,

Şıdırğıyağışlarələnəcəkdir.

Fatmanənəmizin “göylərhanası”,

Əlvanilmələrəbələnəcəkdir.

***

Ceyranın, cüyürünləpirləriylə,

Gedibçıxacağambərələrinə.

Burdakıcanlılaröyrəşibdilər,

Ayının, pələnginnərələrinə.

***

Dərindərələrindərinliyində,

Kükrəyənçaylardanharayyüksələr.

Yaşıltəpələrinsərinliyində,

Anasıngözləyənquzularmələr

***

MamırlıdaşlardaXınalıkəklik,

Nəğməyləqəlbimicoşduracaqdır.

Gözlərimönündə min birgözəllik,

Mənəyeninəğməqoşduracaqdır.

***

Hələçoxistəyimvaryaddaşımda,

Urəyimonlarladöyünər, çağlar.

Qəlbiminsəsiyləpayızyaşımda,

Gəlmişəmsizlərdəqalam, a dağlar,

Gəlmişəmsizlərdənyazam, a dağlar.