adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Sentyabr 2022 11:33
521
SAĞLAMLIQ

İCBARİ TİBBİ SIĞORTA... - Şahin İsmayılov yazır

Sən belə olmamalı idin.

Axı biz səni belə gözləmirdik.

Uzun illər gözləntidən sonra,tətbiqinə start verilən İcbari Tibbi Sığorta ümidlərimizi nə dərəcədə doğrultdu?

İnsanlarımız bu xidmətdən necə yararlana bilirlər?

Tətbiqindən kifayət qədər vaxt keçməsinə baxmayaraq,ilk günlərdə ortaya çıxan problemlər öz həllini tapa bilibmi?

Təəssüflə bildirim ki, İcbari Tibbi sığorta sahəsində mövcud durum ürəkaçan deyil.

İlk aylar TV, mətbuat, müəyyən saytlar bu məsələyə diqqət ayırır,priblemləri vaxtaşırı işıqlandırır,müəyyən məsələləri gündəmə gətirirdilər. Təəssüf ki,sonralar bu məsələ ümumiyyətlə unuduldu.

Təbliğat işi demək olar ki,yoxdu.

Əhalinin böyük əksəriyyəti bu xidmətin mövcudluğundan xəbərsizdi.

Xəbəri olanlar isə İcbari Tibbi Sığortaya tam inamsız yanaşırlar.

Bir neçə gün əvvəl bölgələrimizin birində səfərdə oldum. Ünsiyyət qurduğum vətəndaşlardan heç biri İcbari Tibbi sığortanın nə olduğunu,nəyə xidmət etdiyini bilmədiklərini söylədilər.

Təəssüf doğuran vəziyyətdi.

Müəyyən məsələləri aydınlaşdırdıqdan sonra isə hər kəsin bir fikri oldu ki, pulsuz həkim və müalicə ola bilməz. Sadəcə olaraq inanmadılar mənə.

Bir dostumun danışdığı isə məni lap təəccübləndirdi.

Deməli ərazi üzrə poliklinikaya müraciət edir,anasını müayinə etdirmək üçün. Ona bildirirlər ki, göndərəcəyimiz həkimin hələ ki,vaxtı yoxdu,bir həftədən sonra müraciət edin.

Bilirik ki, sığortadan yararlanmaq üçün həkim qəbuluna göndəriş poliklinika tərəfindən verilir.

Bunlar məcbur olub,bir həftədən sonra yenidən müraciət edirlər və həkimə göndəriş alırlar.

Göndərişin müdfəti 10 gündür və bu müddətdə həkimin qəbulunda olmaq lazımdı.

Və burda nə baş verir?

Bunlara göndəriş bir həftə əvvəlki tarixlə yazılır,bu barədə isə məlumat verilmir. Bunların cəmi üç gün vaxtı var... Göndərişin tarixinə baxmadan,5 gündən donra həkimə müraciət edən vətəndaşa bildirirlər ki, müddət bitib və sizin göndəriş artıq etibarsızdı.

Yenidən poliklinikaya getmək lazım olur.

Sual qoyurlar ki,niyə bizə köhnə tarixlə göndəriş vermisiniz.

Cavab nə olsa yaxşıdı?

Bizə agentlikfən göstəriş veriblər ki,mümkün qədər az xəstəyə göndəriş verin...

Sözün bitdiyi an.

Digər bir anlaşılmaz bəziyyət barədə...

Facebook dostluğumda olan bir xanım, söhbət əsnasında bildirdi ki, müəyyən analizlər üçün 500 manat xərcim çıxıb...

Soruşduqda niyə İcbari Tibbi sığortadan istifadə etməmisiniz? Axı hər ay bu xidmət üçün pul ödəyirsiniz. Pulunuzu niyə özəl klinikalara xərcləyirsiniz?

İnana bilmədiyim bir cavab aldım...

Deməli Agentliyin əməkdaşlıq etdiyi dövlət xəstəxanalarında olan laboratoriyaların texniki imkanları, lazımi analizləri almaq və cavablandırmaq iqtidarında deyillər.

Adi bir üan analizi dpvlət və özəl klinikalarda fərqli yollarla aparılır. Dövlər xəstəxanaları avadanlıq cəhətdən pzəllərdən çox geri qalır. Bunun da nəticəsində müayinə və müalicə düz getmir,nəticəsiz qalır.

Axı dövlət tərəfindən xəstəxanaların təminatı üçün kifayət qədər böyük məbləğ pullar ayrılıb vaxtı ilə.

Bəs onda niyə özəllərin imkanı daha böyükdü?

Niyə insanlarımız böyük məbləğ pul ödəməklə özəl klinikalara müraciət etməlidirlər?

Bu son günlər aldığım iki xoşagəlməz haldı.

Belə misallar isə kifayət qədərdi.

Nə edək,necə edək ki, vətəndaşlarımız tam olaraq məlumatlı olsunlar?

Necə edək ki, insanlarımız dövlətin onların sağlamlığını qorumaq üçün təşkil etdiyi xidmətdən yararlana bilsinlər?

Suallar açıq qalır...