ICESCO-nun Baş direktoru İlham Əliyevi TƏBRİK ETDİ
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO adından və öz adımdan Zati-alinizə, hökumətinizə və qardaş Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar bayram Azərbaycan xalqının sarsılmaz qətiyyətinin, suverenliyə, birliyə və tərəqqiyə möhkəm sadiqliyinin rəmzidir.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm regional, həm də qlobal miqyasda sülhü və əməkdaşlığı təşviq etməklə yanaşı, davamlı tərəqqi, mədəniyyətin qorunub saxlanılması, təhsilin və elmin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Biz ICESCO ilə Azərbaycan Respublikası arasında sıx və səmərəli əməkdaşlıqdan qürur duyuruq, bütün İslam dünyasında təhsili, elmi və mədəniyyəti dəstəkləmək üçün tərəfdaşlığımızı gücləndirməyə sadiq qalırıq. Azərbaycanın təşkilatımızdakı fəal və konstruktiv rolunu, eləcə də ICESCO-nun missiyasına və təşəbbüslərinə davamlı dəstəyinizi yüksək qiymətləndiririk.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, möhkəm cansağlığı və uğurlar arzulayıram".
Digər Xəbərlər
26 Iyun 2026 18:07
Gücü olan qaydanı qoyur - Səxavət Məmməd yazır
26 Iyun 2026 17:30
Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi
26 Iyun 2026 17:16
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
26 Iyun 2026 11:41
“Düşmənin bir neçə milyard dollar dəyəri olan hava hücumundan müdafiə sistemlərinin...”
26 Iyun 2026 11:07
“Ordumuz təkcə regionun deyil, dünyanın nüfuzlu orduları sırasında öz layiqli yerini tutdu”
25 Iyun 2026 19:28
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hikmət Hacıyev
25 Iyun 2026 14:48
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
25 Iyun 2026 14:11


Bakı -°C

