İcra başçıları buna görə məsuliyyət daşıyacaq - Eldar Əzizovdan SƏRƏNCAM
![](https://adalet.az/uploads/img/posts/2022/04/26/16jpg-1650954169.jpg)
Bakı şəhərində qəzalı binaların inventarizasiyasına başlanılıb.
Bu barədə Adalet.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.
BŞİH başçısının müvafiq sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib.
Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması təmin edilməsi tapşırılıb.
Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.
Beləliklə, qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə Rayon İcra Hakimiyyəti başçıları şəxsən məsuliyyət daşıyır.
Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/27/20jpg-1722070507.jpg)
"Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi proqnozlaşdırılmır" - Agentlik
![](https://adalet.az/uploads/img/posts/2024/07/27/16jpg-1722064145.jpg)
DYP sürücülərə xəbərdarlıq etdi
![](https://adalet.az/uploads/img/posts/2024/07/27/11jpg-1722063144.jpg)
Nazirlikdən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
![](https://adalet.az/uploads/img/posts/2024/07/26/3jpg-1722015862.jpg)
Arazdəyənin üzərində Bayrağımız DALĞALANIR - FOTO
![](https://adalet.az/uploads/img/posts/2024/07/26/1jpg-1722004251.jpg)
Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü - FOTOLAR
![](https://adalet.az/uploads/img/posts/2024/07/26/25jpg-1722003702.jpg)
PA-da avqust ayının vətəndaş qəbulu CƏDVƏLİ
![](https://adalet.az/uploads/img/posts/2024/07/26/1708592242puljpg-1721993673.jpg)
Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
![](https://adalet.az/uploads/img/posts/2024/07/26/31jpg-1721985254.jpg)