İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta QR-lara qarşı diqqətli olmağa çağırıb.
Adalet.az bu barədə ETX-ə istinadən xəbər verir.
Bildirilib ki, son zamanlar küçə, dayanacaq, park və digər ictimai məkanlarda, eləcə də sosial şəbəkələrdə “SCAN ME” şüarı ilə yayımlanan rəngli QR-kod afişalarına rast gəlinir. Həmin QR-lar vasitəsilə vətəndaşlar iş təklifi, endirim kampaniyası və ya karyera imkanı ilə bağlı saxta “Telegram” kanallarına yönləndirilir və sosial mühəndislik üsulları ilə fərdi məlumatlarının təqdim olunması istənilir.
Vətəndaşlardan əsasən bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin surəti, şəxsi şəkilləri (selfie) və SMS-lə göndərilən doğrulama kodları tələb olunur. Bu məlumatlar vasitəsilə bank hesablarına çıxış əldə edilməsi, onlayn kredit rəsmiləşdirilməsinə cəhdlər edilir.
Xidmət vətəndaşlara təsadüfi küçə afişalarında və ya sosial şəbəkələrdə yayılan naməlum QR-lara qarşı diqqətli olmağı, tanımadıqları mənbələrdə heç bir halda bank kartı və digər fərdi məlumatlarını paylaşmamağı tövsiyə edir.
Digər Xəbərlər

Azərbaycanda daha 19 nəqliyyat vasitəsi özəlləşdirilib

"Azərbaycanın 2 dəfə çox əhalini yedizdirmək, geyindirmək potensialı var" - Deputat

"Maliyyə intizamını gücləndirməliyik" - Komitə sədri

“Brent” bahalaşdı

Prezidentin xüsusi nümayəndəsindən fermerlərə çağırış

Tecnosun İnkişaf Mərkəzinin ilk məzunları diplomlarla təltif olundu - FOTOLAR

Xankəndi şəhərində yeni yaşayış binaları tikiləcək
