"Maliyyə intizamını gücləndirməliyik" - Komitə sədri
"Büdcə dövlətin mərkəzləşdirilmiş maliyyə planı olmaqla bərabər, o həm də ümummilli strateji sənəddir, başqa sözlə dövlətin xəzinəsidir. Bu səbəbdən, büdcə məsələlərinə heç bir halda dar çərçivəli – sektor və ya idarə maraqları prizmasından baxılmamalıdır. Başqa sözlə, büdcə müzakirələri gedişində sahə və qurum maraqları ümumdövlət maraqlarının fövqündə dayanmamalıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.
"Büdcə vəsaitləri ümummilli inkişaf prioritetləri və vəzifələrinin, məqsəd və hədəflərinin reallaşdırılmasının maliyyə təminatı kimi çıxış edir. Dövlət büdcəsi ümummilli ortaq məqsədlərimizə xidmət edirsə, deməli o həm də bizim ortaq məsuliyyətimizdir. Və o heç bir dövlət qurumunun təkbaşına məsuliyyəti ilə məhdudlaşmır. Büdcə müzakirələrində hörmətli həmkarlarımız fərqli fikir və rəy söyləmiş olsalar belə, ortaq məqsəd və hədəfimiz dövlətimizin strateji maraqlarını, xalqımızın rifahını, ölkəmizin uzunmüddətli inkişaf prioritetlərini nəzərə almaq və bunların hər birinin reallaşmasına nail olmaqdır. Bunun üçün ölkəmizin iqtisadi gücünü artırmalı, onun maliyyə dayaqlarını möhkəmləndirməli, büdcə vəsaitlərindən səmərəli istifadə etməli, maliyyə intizamını gücləndirməliyik", - deyə komitə sədri bildirib.
Digər Xəbərlər
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20
Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47


Bakı -°C

