“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
“Qlobal qida sektorunu idarə edənlər əslində dünyanı idarə edir. Çünki qida insanın sağlamlığını, davranışını, məhsuldarlığını və hətta demoqrafik gələcəyini formalaşdıran ən strateji təsirvasitəsidir. Qidada olan əlavələr, hormonlar, yüksək şəkər və trans-yağlarla doldurulmuş istehsal sonsuzluq hallarının artmasına, mənəvi və əxlaqi deqradasiyanın güclənməsinə, xroniki xəstəliklərin çoxalomasına, nəticədə isə dərman sənayesinin qazancının yüksəlməsinə səbəb olan böyük sistemin parçasıdır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Bu sistemin ən təhlükəli tərəfi isə odur ki, o insanı uzunmüddətli asılılıqda saxlayan görünməz mexanizm yaradır. Nəticədə asılılıq, hormonal pozuntular, psixoloji zəifləmə və cansıxıcı həyat tərzi insanı həm bioloji, həm də mənəvi olaraq zəiflədir. Zəif insan isə bazarın və siyasətin ən rahat idarə olunan hədəfinə çevrilir. Əlqərəz, insanların nə yeyəcəyinə kim qərar verirsə, onların kimə çevriləcəyinə də o qərar verir. Buna görədə strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir, o artıq qlobal qərar mərkəzlərində hazırlanır”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Yanvar 2026 11:20
Azərbaycan nefti bahalaşdı
23 Yanvar 2026 16:52
Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırıldı
23 Yanvar 2026 13:50
“Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi...”
23 Yanvar 2026 12:54
Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda
23 Yanvar 2026 12:46
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23 Yanvar 2026 12:44
"Söhbət artımdan yox, kompensasiyadan gedir" - Əli Məsimli
23 Yanvar 2026 12:38
Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər
22 Yanvar 2026 17:41


Bakı -°C

