İctimai nəqliyyatda ödənişlə bağlı YENİLİK
İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində növbəti yenilik istifadəyə verilir.
"Bakıkart"dan Adalet.az-a verilən məlumata görə, artıq sərnişinlər bank kartı ilə həyata keçirdikləri ödənişlər üzrə qəbzlərdə gedişin aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər.
"Yeni funksionallıq istifadəçilərə ödənişlərini daha rahat izləməyə, əməliyyatların hansı marşrut və ya metro stansiyasına aid olduğunu daha asan müəyyən etməyə imkan verəcək. Bu isə ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir.
Qeyd edək ki, bu funksionallığın bir hissəsi ötən aydan etibarən Birbank mobil tətbiqində aktivdir. İstifadəçilər ödəniş qəbzlərində əməliyyatın aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə bilirlər.
Yeni yanaşmanın digər bank tətbiqlərində də tətbiqi sərnişinlərin ödəniş məlumatlarını daha rahat izləməsinə və əməliyyatları daha asan identifikasiya etməsinə imkan yaradacaq", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
02 Iyun 2026 19:57
Arayik və digərlərinin apellyasiya məhkəməsi oldu - FOTOLAR
02 Iyun 2026 18:27
Qarabağın dirçəliş salnaməsi - Umud Rəhimoğlu yazır...
02 Iyun 2026 17:42
Bakı metrosu mayda 19 milyondan çox sərnişin daşıyıb
02 Iyun 2026 16:30
BPA-nın nümayəndə heyəti Azərbaycandadır
02 Iyun 2026 15:33
Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi - YENİLƏNİB
02 Iyun 2026 15:17
Yol polisi güclü küləklə bağlı sürücülərə müraciət etdi
02 Iyun 2026 14:55
Narkoloji arayış "ASAN xidmət"də veriləcək
02 Iyun 2026 13:29


Bakı -°C

