adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2019 15:14
108192
MÜSAHİBƏ

İLAHİYYATÇI: “İslamda “Qədr gecəsi” yoxdur” - MÜSAHİBƏ

Budəfəki müsahibimiz ilahiyyatçı Elşən Soltanzadədir. Onunla söhbətimiz çox təsadüfi alındı.


Adalet.az saytı İlahiyyatçı Elşən Soltanzadə ilə müsahibəni sizə təqdim edir. 








- İslam alimləri Quran ayələrini iki hissəyə bölür:Peyğəmbərə Məkkədə gələn ayələr, bir də Mədinə də gələn ayələr. Və baxdıqdagörürük ki, Məkkədə gələn ayələr daha humanistdir, daha demokratikdir, nəinki Mədinədəgələn ayələr. Sanki peyğəmbər Mədinə ayələrində, yəni artıq onun gücləndiyi birdövrdə hökmdar kimi hökm verir.

- Peyğəmbərəhökmdar demək olmaz Onun üç xüsusiyyəti var: Təbliğ, təbyin, təşviq. O, ümumiyyətləxilafət qurmayıb, ədalət dövləti qurub. Onun özündən sonra xəlifə təyin etməkkimi bir icazəsi yox idi. Peyğəmbərin heç bir oğlu, Qasım, Abdullah özündənsonra yaşamayıb, özündən əvvəl ölüblər.

- Bəs, Süleyman peyğəmbər? O ki, hökmdar idi...

- Düzdür,onun üçün hökmdar sözü keçir, amma bu başqa bir mövzudur. Peyğəmbərlərinsanlardan niyə üstündürlər? Çünki onları Allah seçib. Bizim elə bir şansımızyoxdur. Bilirsiniz, bizi çox aldadıblar. Guya ki, ərəblər peyğəmbərdən qabaqAllaha inanmayıblar. Belə bir şey yoxdur. Onlar da Allaha inanırdılar, ammabaxır necə. Onlar şərik qoşmaqla, araya vasitəçi salmaqla Allaha inanırdılar.Elə indiki kimi. Ətağa, Hz. Hüseyni də indi vasitəçi kimi qəbul edirlər.Quranda deyir: Allahla bərabər başqasına itaət etməyin. Orda "məa” ədatə var. Buməqamda çox vaxt deyirlər ki, Allahdan başqasına ibadət etməyin. Xeyr, "Allahlabərabər başqasına itaət etməyin” deyilir. Ona görə indiki tərcümələr səhvdir də.Çünki onu tərcümə edənlər ilahiyyatçı, dinşünas deyil, şərqşünaslardır. SSRİvaxtı şərqşünaslar yetişirdi. Məsələn, Əbdülkərim Əlizadə, Aidə İmamquliyeva,Ələsgər Məmmədov. Niyə Aidə xanıma bir dənə də olsun heykəl yoxdur? Axı onlarelm adamları idilər. Onun yerinə kimlərə heykəl var, şairlərə. Boş-boş müğənnilərə.

- Bu sonrakı sualların mövzusudur.

- O vaxtpeyğəmbər deyirdi ki, Allahla aranıza başqa vasitəçilər qoymayın. O büt deyilənheykəllər var ha, onlar insanların ölmüş formalarıdır. İndi də Ətağanın şəklinipaylayırlar metrolarda. Ətağa da onlar kimi bütdür. Məsələn, biri Məkkəyə gələnlərəyaxşı su paylayıb, ona büt düzəldiblər, biri yaxşı yemək paylayıb, ona heykəldüzəldiblər. Bu heykəllər vasitəsilə Allaha mesaj göndəriblər. Vasitəçilə.Onların peyğəmbərlə davaları sırf bun un üstündədir. Bizi aldatdılar ki, ərəblər Allaha ibadət etməyiblər.Əksinə, onlar Allaha inanırdı, namaz qılırdı, oruc tuturdu, qurban kəsirdi.

- Bəs, yaxşı, peyğəmbərdən qabaq dini olara kim gətirmişdi?

- İbrahimpeyğəmbər. Onlar "hənif" müsəlmanı idilər. Onlara gələn də İslam idi, amma bu adaltında gəlmişdi. Necə ki, bu gün hansısa xəbər agentlyinin bölgələrdə ofisləriolur, məsələn, "Ədalət” qəzeti Şəki və s. Peyğəmbər deyib ki, bütün insanlarİslam əqidəsində doğulurlar. Atası, anası, düşdüyü mühit onu ateist də edə bilər,müsəlman da, xristian da, yəhudi də. Yəni bir kitab olub, İslam! 124 min peyğəmbərinhamısının gətirdiyi dörd prinsip olub: haqsız yerə adam öldürməyin, oğurluq eləməyin,yalan danışmayın, ədalətli olun. Peyğəmbərlə müşriklər arasında yeri gələndədostluq da olub. O vaxt Qüreyşilərlə Həvazir qəbiləsi arasında döyüşdə peyğəmbəroxları yığıb verib onlara, özü adam öldürməsə də. Onların arasında yeganəqarşıdurma "Allahla bərabər başqasına itaət etməyin” üstündə olub.

- Bu gün əksəriyyət insan İslama inanır, peyğəmbəriqəbul edir. Və peyğəmbərə sığınan qadınlar, çoxusu onun arvadları kimi qəbuledir, dul olublar. Bircə arvadı Ayşədən başqa. Bəs, niyə bizdə hamı bakirəqadınla evlənmək istəyir? Boşanmış, dul qadınlarla evlənməyə yaxşı baxmırlar.Dində bakirə qadınla evlənmək şərtdirmi.?


- Peyğəmbərinözünə də məsləhət olunmuşdu ki, adət-ənənədən çox da kənara çıxma. Fransada XVILüdoviqin dövründə qadınların geyimində sinəsi açıq olurdu. İndi biz buna görəfransızlara fahişə xalq deyə bilmərik axı. Burda incə bir cızıq var, orda gərəkehtiyatlı olasan kəndirbaz kimi. Bakirə qadınla evlənmək şərtlərdən biridir. BəhlulDanəndədən yaxşı bir misal deyim. Bir gün biri ona yaxınlaşıb deyir ki, evlənməkistəyirəm, nə edim? Danəndə deyib ki, bakirə alsan sən deyəndir, dul alsan, odeyəndir, boşanmış alsan, nə sən deyəndir, nə o deyən. Danəndənin dedikləri onaçatmır. Danəndə izah edir. Bakirə qız alsan, sən nə desən, deyəcək ki, sən deyəndir.Çünki səndən başqa heç kəsi görməyib. Dul alsan, ölmüş ərini yadına salacaq, deyəcək,mən deyəndir. Yəni burda əsas məsələ millətin mentalitetidir. Avropa ölkələrindəbakirəlik çox da rol oynamır. Amma indi bizdə rol oynayır da. Kim istəyər ki,evləndiyi biri ondan qabaq başqasıyla münasibətdə olsun? İslam təmiz ailənin tərəfdarıdır.Təmiz ailənin təməli də elə bakirəlikdən doğulur. O ki, qaldı peyğəmbərə,dediyiniz dul qadınlar onun arvadları deyil, ona sığınan qadınlardır.

- Nəticə nə oldu? Kimsə bakirə olmayan qadınla evlənirsə,dinə qarşı çıxmış olur?

- Xeyr. Sadəcə,bakirəlik dində bəyəniləndir. İslam sadəcə, bakirə olmayan qadınla evlənməyi təqdireləmir. Yəni günah sayılmır. Yaxşı olardı ki, boşanmış boşanmışla evlənsin.

- Elşən bəy, insanlar evlənənə kimi cinsiehtiyaclarını necə ödəməlidirlər? İslam dini zinanı qadağan edir,masturbasiyanı bəyənmir, hətta onlarla əl-ələ salamlaşmağı bəyənmir. Bəs, buadamlar nə etsinlər? Axı, tibbi cəhətdən də bu qadağalar insana ziyan gətirir.

- Bəli,İslam dini zinanı böyük günahlardan hesab edir. Nisa surəsinin 48 və 116-cı ayələrindədeyilir ki, Allah bəzi günahları bağışlaya bilər, təqdir etmədiyi halda belə. Nəyiqəti şəkildə bağışlamır? Allaha şərik qoşmağı. Pirlərdir, şıxlardır, şeyxlərdir,ziyarətgahlardır, bunlar hamısı şeytan yuvalarıdır. Ora gedənlər cəhənnəmlikdirlər,nə savab iş görüblərsə, hamısı boşa gedəcək. "Zümər" surəsində dediklərimyazılıb. Sizin dediyiniz məsələyə gəldikdə isə, yaxşı olardı ki, insanlar tezevlənsinlər. İslam insanların gənc evlənməyinə icazə verir, belə əxlaqsızlıqlarolmasın deyə. Fikir verin, Avropada əxlaq yoxdur, texnologiya var, İslam ölkələrindəəxlaq var, texnologiya yoxdur.

- Axı, İslam ölkələrində də əxlaqsızlar çoxdur.


- Hər haldaAzərbaycan Paris deyil də. Səudiyyə Ərəbistanı London deyil də. İndi mən necədeyim ki, gedin, zina edin. Quranda "Luti” deyə bir söz var. Qadınla qadının,kişiylə kişinin cinsi əlaqədə olması. İslam deyir ki, onları cəmiyyətdənuzaqlaşdırın. Hətta deyir ki, müəyyən yerə bağlayın. "Lut” qövmünün axırı necəoldu? Kişilər kişilərlə yatırdılar. Məhv oldular.

- Tibb deyir ki, bu hormon problemidir və xəstəlikdir.Belə olan halda onları dışlamaq nə dərəcədə düzgündür? Məsələn, Zeki Mürenitanıyırsınız. Sənətkar idi. Amma həm də cinsi orientasiya problemi var idi. Onutəbliğ ediblər, insanlar tərəfindən seviliblər. Belə çıxır ki, Zeki Müreni dəharasa bağlamalı idilər?

- Belə deyəkdə. Biz niyə xarici ölkələrin yaxşı xüsusiyyətlərini götürmürük ki? Zeki Mürencəmiyyətə yaxşı bir nümunə deyil, amma biz ona yalnız yaradıcılığına görə hörmətedə bilərik. Fərqi yoxdur, alimdir, müğənnidir.

- Deyə bilərikmi, bir adam cinsi azlıqdırsa, onuefirə buraxmayın?

- O vaxtyadıma gəlir, Flora Kərimovanın ərlərini saya-saya qalmışdılar. Sizin nəyinizəlazımdır onun neçə əri olub? Səsini dinləyin də. Onun ailə məsələlərini niyəqabardırsınız ki? Kim istəyər ki, Elton Con kimi cinsi azlıq olsun? Amma çoxadam istəyər ki, onun kimi səsi olsun. Əxlaq İslamda əsas məsələdir. Yəni heçkimin homoseksuallığı təqdir oluncaq bir şey deyil. Səsinə qulaq asa bilərsən,amma ona nümunəvi insan deyə bilməzsən.

- Onda onlar da "Lut” qövmü kimi cəhənnəmlikdirlər?Onların ədəbiyyata, musiqiyə verdikləri tövhələr heçə gedəcək? Bu nə dərəcədə ədalətlidir?

- Ədaləti kim tənzimləyir ki?

- Demək istəyirəm ki, məsələn, Marsel Prust geyidi, amma yaxşı əsərlər yazıb, insanlara faydalı olub. İndi o, geydir deyə cəhənnəmədüşəcək?

- Bilirsiniz,Allah elə bir varlıqdır ki, bizim düşündüklərimizdən ucada dayanır. Bizimhaqqımda verəcəyi qərarlara qarışa bilmək kimi bir təsir gücümüz yoxdur. Bütünbunlar axirətdə bəlli olacaq. Ona görə də bizim insanların axirətlə bağlı məsələlərinəqarışmaq ixtiyarımız yoxdur. Möhtərəm Prezidentimiz də deyib ki, dini insanlaradüzgün təbliğ edin. Biz dini insalara doğru-düzgün başa salmalıyıq. Cənnət-cəhənnəmmövzularına çox girmək lazım deyil. Bircə bunu deyə bilərik ki, bu dünyadadüzgün həyat tərzi yaşayın. Əxlaqlı olun, Allaha şərik qoşma və s. Aydınoldumu?

- Qane etmədi, amma siz belə deməli idiniz də. 

(gülürük)


- Baxın, bizQuranı niyə özümüzə kitab olaraq seçmişik? Bu elə bir kitabdır ki, ayələridüzgün seçilib. Allahn tərəfindən göndərilib. Siz də, mən də olmamışdan qabaqinsanlar var idi, cəmiyyətlər var idi. Bir nəfər gəlib Cəfəri Sadiqə sual verirki, həzrəti Adəm kimdir? Bizə onunhaqqında danış. Cəfəri Sadiq deyir ki, hansı Adəm? Sual verən duruxur. Necə yənihansı Adəm? Cəfəri sadiq deyir, sizin, bizim tanıdığımız Adəm, yoxsa başqa Adəm?Axır Adəm bir olmayıb. Dünyada Adəmlər çox olub. Quranda bildirilir, onlar fitnə-fəsadçıxraraq, qan tökərək öz cəmiyyətlərini dağıtdılar. Bizim bildiyimiz Adəm Yerüzərində yaradılmış cənnətdəki Adəmdir. Şeytan onların ikisini birlikdəaldadıb. Ərəb cəmiyyətində qadına qarşı ona görə təhqir var ki, onlar eləbilir, İblis birinci Həvvanı aldadıb, sonra da Adəmi. Amma belə deyil.

- Amma bayaq evlənmək məsələsində kişi üstüngötürüldü. Söz keçirtmək məsələsini deyirəm.

- Ümumiyyətlə,kişi qadından bir şeyə görə üstündür, kişi öz malından xərcləyir, qadın yox. Diqqətedin, qadınlar evdən gedəndə zinət əşyalarını götürürlər, kişilərsə pencəyini.İngiltərənin baş naziri Tereza Mey, Almaniyanın baş naziri Anqla Merkel. Oboyda ölkələrin idarəsində iştirak edirlər. Ərəb cəmiyyətlərində isə belə birşey yoxdur. Çünki Abbasilər xilafəti dövründən başlayaraq qadın həmişəaşağılanıb. Ayələr düzgün tərcümə olunmur. Quran başqa şey deyir, uydurma peyğəmbərhədisləri başqa.

Məsələn,peyğəmbərlə Əbu Bəkrin mağarada necə gizlənməyini bilirsiniz də. Guya ki,hörümçək onları qoruyub. Quran deyir ki, biz onları görünməyən əsgərlərlə dəstəklədik,hədislər deyir, hörümçək onları qoruyub.

- Amma məntiqə uyğun olan hörümçəkdir. Çünki hörümçəktorları olan yerdə adətən insanlar yaşamır.

- Biz Quranainanırıq. Quranı inkar etsək, kafir olarıq.

- Elşən bəy, Quranda müsəlmanların yəhudilər vəxristianlar dostluğu necə qəbul edilir?

- Bu gün müsəlmanlarbilirsinizmi niyə bu vəziyyətə düşüb? Çünki hər şeyi çox asan əldə ediblər. Yəhudilərki, ac qalmayıblar, təzyiq görməyiblər. Hər şeyi hazır tapdılar müsəlmanlar. Onlarkiçik bir qövm olmaqlarına baxmayaraq ona görə bütün dünyaya hakimlik edirlərki, ağıllarını işlədirlər. Xristian da, yəhudi də ağıllarını işlədirlər, heçonlarla biz eyni olarıqmı? Nə oldu, indi onların hamısı cəhənnəmə düşsün, biz cənnətə?Bu gün İtaliyanın Lampeduza adasına gedir insan, başlayır daşları öpməyə ki,qurban olum sənin torpağına, tüpürüm sənin müsəlman dövlətinə. Mən gəzmişəm,görmüşəm oraları. Çünki Quranı düz tərcümə etmədilər. Allahın ətəyindənyapışmaq əvəzinə peyğəmbərin şalvarından yapışdılar. Yazıq peyğəmbər ölüb,dünyadan xəbəri yoxdur, ondan kömək istədilər. Elm, texnologiya qaldı bir kənara.Heç bir müsəlman dövlətinin hava raketi yoxdur, tank motoru istehsal edəbilmirlər. Amma İsrailə baxın, artıq "Biton 7”-ni buraxacaqlar.

- İranın öz avtomobili var...

- Əşşi, o da"Renault”un motoru ilə işləyir.

- Suala cavab vermədiniz amma.

-Xristianlar bu gün desələr ki, İsa Allahın oğlu deyil, birbaşa cənnətlikdirlər.Angela Merkelin yaxşı bir sözü var. Suriyadan qaçqınlar Almaniyaya sığınandadedi ki, yaxşı eləyib gəlmisiniz, amma Məkkə sizə Almaniyadan daha yaxın idi. Birinsanı Şəkidən, Qubadan Suriyanın Rakka şəhərinə nə apara bilər? Yalançı peyğəmbərhədisləri. "Şamda cihad eləmək insanları cənnətə aparır”. Şam deyiləndə böyükbir ərazi nəzərdə tutulur. Abşeron, Anadolu kimi. Gedib saqqallı ağalardan öyrənirlər, özlərini bədbəxt edirlər. İndi də çıxıbonların ailəsi yalvarır ki, ərim ölüb, kömək edin, bizi burdan xilas edin. Cənab Prezidentimiz neyləsin? Ona görə Quranda Allah deyir ki, ağlını işlətməyənlərəmurdarlıq göndərərəm. Bu gün müsəlmanlar mənəvi murdarlığın içindədirlər.

- Quranın "oxu” deməsinə baxmayaraq...

- "Oxu”demir, "Düşün” deyir. İlk ayə "Oxu, Allahın adı ilə oxu!” dur. Nəyi oxusun,qardaş? Hələ gəlməyib axı. Deyir ki, düşün, Allah insanı, kainatı necəyaratdı?! Bunlarsa namazı hər şeydən qabağa saldılar. Namaz ən sadə prosesdir.Qarşıdan orucluq gəlir. İnsanlar Qədr gecəsini gözləyirlər. İslamda Qədr gecəsivar? Yoxdur. Ayələr düzgün tərcümə olunmayıb. Guya ki, bir illik günahları birgecədə təmizləmək olurmuş.

ardı var...




İkinci hissədən ANONS:

- Allah "Şüəra" surəsinin sonuncu ayələrində deyir: "Şairlərə ancaq azğınlar uyar, onlar boşboğazdırlar, onlara ciddi yanaşmayın". İndi Nəsimini, Səməd Vurğunu, Füzulini şişirdiblər, hər yerdə şairlərin heykəlləri var. Şairlərlər də, müğənnilər də cəmiyyətin 14-15-ci təbəqələridirlər.