adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Aprel 2019 10:07
101524
MÜSAHİBƏ

İLAHİYYATÇI: "Şairlər boşboğazdırlar... Nəsimi, Səməd Vurğun, Füzuli.." - MÜSAHİBƏ II hissə

Adalet.az  İlahiyyatçı Elşən Soltanzadə ilə müsahibənin ikinci hissəsini sizə təqdim edir.

(Əvvəli ötən sayımızda)

- Quranın "oxu” deməsinə baxmayaraq...

- "Oxu”demir, "Düşün” deyir. İlk ayə "Oxu, Allahın adı ilə oxu!” dur. Nəyi oxusun,qardaş? Hələ gəlməyib axı. Deyir ki, düşün, Allah insanı, kainatı necəyaratdı?! Bunlarsa namazı hər şeydən qabağa saldılar. Namaz ən sadə prosesdir.Qarşıdan orucluq gəlir. İnsanlar Qədr gecəsini gözləyirlər. İslamda Qədr gecəsivar? Yoxdur. Ayələr düzgün tərcümə olunmayıb. Guya ki, bir illik günahları birgecədə təmizləmək olurmuş.

- Xristianlarda da var bu adət...

- Doğrudur.Roma papası çıxır meydana, kilsə günahların bağışlanması üçün qəbz verir. Bunaİndulgensiya deyirlər. "Ata, oğul, müqəddəs ruh naminə!”. İnsanlar keşişlərəgünahlarını etiraf edir. Konsultasiya xidmətlərim var. Ona görə deyirəm ki, buxidmətlərdən istifadə etsinlər. Orucluqda ağzından pis qoxu gələnlər cənnətdə "Rəyyən”qapısından keçəcəkmiş. Sirat körpüsü varmış, burdan keçənlər xilasolacaqlarmış. O zaman bizim Qubadakı kəndirbazların işi rahatmış ki. Axı mənasıbu deyil. Mənası odur ki, axirətdəki haqq-hesab tükdən incə, qılıncdan dahaitidir. Quranda məcazi mənalardan çox istifadə olunur. Hələ bəziləri deyir ki,kəsilən qurbanları minib keçəcəyik körpüdən. Əlli dənə qoyun kəsmisən,hansından keçəcəksən? (gülür).

Artıq bizimgənclər saqqallı, başında əmmamə, əlində təsbeh olan müsəlmanlardan iyrənirlər,qorxurlar. Mirzə Ələkbər Sabir nahaqq yerə yazmamışdı ki, cin görürəm, şeytangörürəm, qorxmuram, harda müsəlman görürəm, qorxuram. Bu gün müsəlman deyəndəinsanlar nə başa düşürlər? Baş kəsən, adam öldürən, qadına sataşan, alçaldanbir adam. Deyirlər, "Əl-qaidə”ni, "Taliban”ı, "İŞİD”i amerikanlar yaradıb, boşsöhbətdi. Müsəlman ağlını işlətmir. Ağlını isim olaraq qəbul edir, fel yox. Quranzamana görə uyğunlaşdırılmalı, tərcümə olunmalıdır. Peyğəmbər dövrünə görədavranmışdı. O zamanlarda qadınların vəziyyəti cəmiyyətdə ürəkaçan deyildi.

Mukassafadlı biri olub, peyğəmbərə Mariya adlı bir qadın göndərir ki, onun qulu olsun.Peyğəmbər Mariyaya deyir ki, mənimlə evlənərsən? Mariya razılaşır. Peyğəmbər oqadını geri göndərsəydi başına bilirsiniz nələr gələrdi? Onu qul kimi ondanbuna, bundan ona satacaqdılar.

- Elşən bəy, peyğəmbər səhv edə bilməzdi?

- Peyğəmbərsəhv edəndə dərhal ona mələk göndərilib, onun səhvlərini düzəldib. Amma bizimbelə bir şansımız yoxdur.

- Telviziyanı, mətbuatı izləyirsiniz. Sizi bir ilahiyyatçıkimi nə qane edir, nə qane etmir?

- Bir müstəqildini ekspert, ilahiyyatçı kimi konsultasiya xidmətlərinə gələnlərə də izah edirəm.Quranda "Şüəra” surəsinin 224, 225, 226-cı ayələrində şairlərdən bəhs olunur. "Şairlərboş-boş danışan, xəyal dünyasında uçan, quruntu vadisində dolaşan insanlardır”.Yəni ciddiyətsiz insanlardır. Baxın, Sovet dövründə ən gözəl yerlərdə şairlərinheykəli qoyulurdu. İndi müzkirə gedir, "Məndə sığar iki cahan” yoxsa, "ikəncahan”? Bir mütrüf mahnı oxuyub, bir sufi şeyxi də şeir yazıb. Nəsimini bizəqeyri-adi adam kimi təbliğ ediblər. Digər şairlər də. Biri yazıb ki, "El bilirki, sən mənimsən, yurdum yuvam məskənimsən”. Qaçın bunun qabağından. Və yaxudda Füzuli. "Sultanu-şüəra” deyirdilər ona. Yəni şairlərin sultanı. Amma Allahonlara nə deyir? Boş-boş danışan, eləmədiklərini deyən. Sabah bizim başımızabir iş gəlsə, bizi "El bilir ki, sən mənimsən” şeiri xilas edəcək? Bəs, müğənnikimdir? Mütrüf, mütrabinə. Dədə-babalarımız da belə çağırırdılar onları. Bir cəmiyyətininkişafı üçün Allah üç cür şəxsdən bəhs edir: siyasətçilər və ziyalılar, elmadamları və din adamları, zənginlər. Bunların içində mütrüflər, şairlər var? Bugün Xudu Məmmədova, Aidə İmamquliyevaya, Rəfiqə Əliyevaya, Əziz Əliyevə heykəlvar? Yoxdur. Düşmüşük bu mütrüflərin dalınca. Səhər televizoru açırsan, mütrüf,günorta mütrüf, axşam mütrüf.

- Elşən bəy, Müslüm Maqomayeva, Flora Kərimovayanecə mütrüf demək olar?

- Mutrabina ərəbsözüdür. Müğənni deməkdir, burda nə var ki?

- Axı bizdə bunu aşağılamaq mənasında istifadəedirlər.

- Deyək ki,hansısa müğənni Azad Mirzəcanzadədən üstündür? Nə olsun ki, mahnı oxumusan.Şairlərlə müğənnilər cəmiyyətin 14-15-ci təbəqə insanları olmalıdır. Ondanqabaq ziyalılarımız var, polislərimiz var, mühəndislərimiz var. Məsələn,Amerikada elm adamları, ziyalılarla müğənnilər arasında balans var. OradaZukerberq varsa, Prins də var, Elton Con da var. Stiv Cobs varsa, Şakira davar, Biyons da var. Amma bizdə balanc itib, yalnız müğənnilərdir, xanəndələrdir,meyxanaçılardır. Hanı bizim elm adamlarımız? Sovet höküməti ağıllı siyasət işlətdi,elm adamlarını ikinci, üçüncü təbəqəyə saldı, müğənniləri, şairləri qaldırdı ənbaşa. İndi də tərbiyəsiz rəqqasələr ortaya çıxıb. Peyğəmbərin qadağan etdiyiiki şey var idi: heyvanları döyüşdürmək, rəqqasə oynatmaq.

- Bəs, ərəblər? Onlarda rəqqasə boldur.

- Ərəblərineyləyirsiniz? Suriya da, İraq da ərəblərdir, onların gününə düşmək istəyərsiniz?Mütləq elmlə bağlı verilişləri olan kanal açılmalıdır, din kanalı yox ha. Onagörə ki, insanlar elmlə dinin sintezini bilsinlər. Bizi o dünyada Qurani-Kərimləsorğu sual edəcəklər, ədəbiyyat kitabları ilə yox.

- O zaman dini dövlət qurulmalıdır?

- Əsla. Məndünyəvi dövlətin tərəfdarıyam. Din insanı idarə edən sitem və vasitə deyil,insanı nəzarətdə saxlayan sistem və vasitədir. İnsanları aldadıblar ki, Qədrgecəsində tövbə edin, günahlarınız bağışlanacaq. Belə çıxır ki, 60 il yaşa,günah elə, sonra qəfil bir tövbə ilə günahların bağışlansın? Günah yazıldı,bitdi. Tövbə müəyyən yaş müddətinə kimi rol oynayır. İnsanlar bilsin ki, zəkat,elm, təhsil dinin dirəyidir. Namaz və oruc ibadət şəklidir və bunlardan sonrakıməsələdir.

- Elşən bəy, İmam Mehdi gələcəkmi? Dəccal gələcəkmi?Müsəlmanların çoxusu bu inanca inanır. Bir qism deyir ki, Dəccal məcazi mənadaişlənir, yəni dünyada haqq-ədalət itəcək, bir göz olacaq, o da batil. Bir qismsədeyi, Dəccal həqiqətən də təpəgöz bir varlıqdır. İmam Mehdi gələndə 313 nəfərordusu olacaq, vuruşacaq, haqq-ədalət bərqərar olacaq.

- İnsanlarboş bir şeyə inanırlar. İslam gələnə qədər beş qnostik mədəniyyətin təsirinəuğrayıb. Peyğəmbərdən sonra birinci Məkkə müşrikizmi yenidən işə düşdü, ziyarətgahlar,pirlər formasında. Bu gün "Beşbarmağ”a gedirlər. O vaxt bizi Babadağaaparırdılar, orda pir var idi. 3600 metr yüksəklidə dua Allaha tez çatırsa, elə8848 metr hündürlüyü olan Comolunqmaya çıxaram da. Pulunuz olsa Kərbəlaya gedərsiniz,yoxsa Parisə? Başsız bir bədəni ziyarətə gedirsiniz? Nə var Kərbəlada? Özü də birrəvayətə görə İmam Hüseynin başı Misirdə basdırılıb. Gedirlər, İmam Hüseynvasitəsilə Allahdan nəsə istəyirlər.

İkincisiYunan Helenizmi. Yuxarıda Zevs, sonra digər allahlar. Bu da İslama təsir edib.Yuxarı Allah, aşağıda şəfaətçilər. Ətağalar, şeyxlər. Ruh məsələsi Helenizmdəngəlib İslama. Xəlifə Məmun 813-33-cü illər arası Yunan kitablarını yəhudi vədigər vasitəçilərlə tərcümə etdirib Bağdadda yayır. Və yavaş-yavaş YunanHelenizmi İslama təsir göstərir.

Üçüncüsü Əhəməni-Sasanimədəniyyəti. Sufilər İslama böyük ziyan vurdular. Quşeyri, Mövlanə, Nəsimi... Zərdüştlükyolu ilə İslama təsir göstərdilər.

DördüncüsüHind mistisizmi. Məsudinin əsərilə Hindistandan təsbeh, meditasiya, qütblər,qabuslar İslama keçdi.

BeşincisiŞamanizmdir. Qırx, il mərasimləri, bu bəzi rituallar İslama keçdi.

Gələk əsas məsələyə.Yəhudilərin "Əhdi-ətiq”indən və xristianların "Əhdi-cədid”indən gələn təsirlər. Yeddi yerdən İslam bomdardmanedildi. Mehdi inancı xristianlıqdan gəlmədir. Onlar İsa peyğəmbərin ölmədiyinəinanırlar. Amma çox təəssüf ki, müsəlmanlar da Qurandakı "Səni öldürəcəm, sonrayanıma çıxaracam” ayəsini heçə saydılar, başladılar İsanın gələcəyinə inanmağa.Müsəlmanları ruh inancı ilə xristianların xaç inancı aradan qalxsa, aləmbir-birinə dəyər. "İncil”ə hekayələr kitabı deyirəm, təkmil din deyil deyəxristianlar özlərini İsanın yenidən doğulacağına inandırıblar.. Bizsə Quranqalıb, düşmüşük onların İncilinin dalınca. İslamda Mehdi inancı xüsusilə şiəlikdəvar. "Hadi, Mehdi, Muhdi” sözü ərəbcədən "hidayətə çatmış insan” mənasınıverir. Bunu fırladıb Mehdi elədilər. Axı, Mehdi özü xilas olmuş şəxsdir, xilasedən şəxs yox. Mehdiylə iş bitmir. Yerdən bir Dəccal çıxacaq, eynilə zombifilmləri kimi. İnsanların maddi vəziyyəti o qədər yaxşıdır ki, onların artıq Mehdiyəehtiyacı yoxdur. Sizcə, Məhəmməd peyğəmbər belə bir şey deyə bilər? Mənmissiyamı tamamlaya bilmədim, bacarıqsız oldum, məndən sonra bir adam çıxacaq, oməndən də yaxşı biri olacaq, sizi xilas edəcək. İkincisi, Mehdi balaca bir uşaqolub, mağarada itib. Bəlkə qurd yeyib, ayı aparıb? Kül bizim başımıza ki, buboyda kişiləri bir balaca uşaq gəlib xilas edəcək. Mehdi harda böyüyür? Hardayeyib-içir? Harda zəkat verir? İnsanları belə şeylə aldatmaq olar? Hələ hədislərdəKahtani də var, o da yerdən çıxacaq. Bu transformers filmidir? Özü də nədənsə,hamısı da ərəblərin yaşadığı bölgələrdən çıxacaq. Niyə müsəlmanların çox olduğuİndoneziyadan çıxmayacaq? Uydurmadır, yalandır. Mehdiylə bağlı hədislər "əhəd”adlanır. Yəni vahid, bir kəlmə deməkdir. İnancda və cəzada vahid ağızdan gələnhədislər qəbul edilmir. Bu Dəccal məsələsi bir nəfərin ağzından çıxan hədislərdir.Bir nəfər rəvayət edib, vəssalam!