İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub - YENİLƏNİB
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısına hava limanında görülən işlər barədə məlumat verilib.
Bildirildi ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.
Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.
Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.
Qeyd olunub ki, aeroportun hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri də başa çatdırılıb.
Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.
Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.
26 iyun, 19:45
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfər edib. Prezident Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib.
Digər Xəbərlər
08 Sentyabr 2026 15:48
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Sentyabr 2026 15:32
“İran iqtisadi böhrana yuvarlanır...”
08 Sentyabr 2026 12:43
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artıb
08 Sentyabr 2026 11:46
Bu şəxslər pensiya ala bilməyəcək
08 Sentyabr 2026 10:22
“İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir”
07 Sentyabr 2026 20:38
"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
07 Sentyabr 2026 12:00
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
07 Sentyabr 2026 09:19


Bakı -°C

