İlham Əliyev: “Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş adlandırır”
“Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir”.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq.
“Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

