23 Aprel 2025 11:06
199
SİYASƏT

İlham Əliyev Si Cinpini Azərbaycana dəvət etdi

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təşəkkür edib.

Adalet.az xəbər verir ki, İlham Əliyev Si Cinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət edib.