İlham Əliyev: “TDT ölkələri arasında təhlükəsizlik, müdafiə kimi sahələrdə əməkdaşlıq artmalıdır”

“Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur”.
Adalet.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
Müharibələrin, qanlı münaqişələrin alovlandığını qeyd edən Prezident İlham Əliyev bildirib:
“Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.
Digər Xəbərlər

Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək

Türkiyə Prezidenti: Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm

Ersin Tatar: Azərbaycanla hərtərəfli əlaqələrin inkişafı bizi çox sevindirir

Birlik, sülh və əməkdaşlıq

Ərdoğan: Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir

Xankəndi ZİRVƏ görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır

“Xankəndi toplantısı ECO çərçivəsində əməkdaşlığı yeni səviyyəyə qaldırdı”
