İlham Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir.
Əminəm ki, xalqlarımızın ortaq tarixindən, zəngin mənəvi dəyərlərindən güc alan, dostluğa, qardaşlığa, qarşılıqlı etimad və dəstəyə əsaslanan
Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlığı və müttəfiqliyi bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir.
Hörmətli Kasım-Jomart Kemeleviç, bu böyük zəfər münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər
14 Aprel 2026 18:17
Ceyhun Bayramov Mixail Qaluzinlə müzakirə apardı
14 Aprel 2026 17:28
Əli Əsədov büdcə ilə bağlı tapşırıqlar verdi
14 Aprel 2026 17:25
Sahibə Qafarova Türkiyəyə səfər edib
14 Aprel 2026 16:17
Cevdet Yılmaz Azərbaycanın Ankaradakı səfiri ilə görüşdü
14 Aprel 2026 14:55
"Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir" - Leyla Əliyeva
14 Aprel 2026 14:16
Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? - DOSYE
14 Aprel 2026 13:55
"422 Azərbaycan vətəndaşı mina qurbanı olub" - XİN
14 Aprel 2026 13:39


Bakı -°C

