İlham Əliyev Trampla danışdı
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.
Dövlət Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib.
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
Ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib.
Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.
Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.
Dövlət başçıları həmçinin ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.
Dövlət G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Digər Xəbərlər
08 Avqust 2026 23:00
"Sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq" - Prezident
08 Avqust 2026 22:26
Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika
08 Avqust 2026 20:52
"TRIPP təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir" - Prezident
08 Avqust 2026 20:33
İlham Əliyev Trampa məktub göndərdi
08 Avqust 2026 20:24
İlham Əliyevlə Trampın telefon danışığı ilə bağlı maraqlı fakt
08 Avqust 2026 19:45
ABŞ Prezidenti sülh prosesində İlham Əliyevin rolunu yüksək qiymətləndirdi
08 Avqust 2026 15:31
“Prezident müharibəni, eyni zamanda sülhü qazandı” - Hikmət Hacıyev
08 Avqust 2026 14:04


Bakı -°C

