"TRIPP təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir" - Prezident
TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti (ABŞ) Donald Trampa ünvanladığı məktubda qeyd edib.
"Ağ Evdə Sizin şahidliyiniz ilə imzaladığımız üçtərəfli Birgə Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qəbul edilən birgə müraciət regionda davamlı sülhün və sabitliyin təmin olunmasında həlledici rol oynadı, gələcək dayanıqlı inkişaf və qarşılıqlı əməkdaşlıq üçün parlaq səhifə açdı. Eyni zamanda sülhquruculuğu səylərinizin mühüm nəticələrindən biri də – TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Regionun sülh gündəliyinin təşviqi ilə əlaqədar nümayiş etdirdiyiniz güclü liderliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm", - məktubda vurğulanıb.
Digər Xəbərlər
08 Avqust 2026 23:00
"Sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq" - Prezident
08 Avqust 2026 22:26
Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika
08 Avqust 2026 20:33
İlham Əliyev Trampa məktub göndərdi
08 Avqust 2026 20:24
İlham Əliyevlə Trampın telefon danışığı ilə bağlı maraqlı fakt
08 Avqust 2026 19:45
ABŞ Prezidenti sülh prosesində İlham Əliyevin rolunu yüksək qiymətləndirdi
08 Avqust 2026 19:21
İlham Əliyev Trampla danışdı
08 Avqust 2026 15:31
“Prezident müharibəni, eyni zamanda sülhü qazandı” - Hikmət Hacıyev
08 Avqust 2026 14:04


Bakı -°C

