İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.
Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşünün işinə uğurlar arzuladı. Qonaq Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, həmçinin bu ərazilərin təbiətinin onda böyük təəssürat hissi oyatdığını dedi.
Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin hər iki ölkənin liderlərinin baxışlarına uyğun olaraq məhz strateji müstəvidə inkişafından məmnunluq ifadə edildi.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi vurğulandı.
Söhbət zamanı “Masdar” şirkətinin Azərbaycanda fəaliyyəti, bərpaolunan enerji sahəsində əməkdaşlıq və strateji fəaliyyət proqramları, bu istiqamətdə gələcək layihələrə dair fikir mübadiləsi aparıldı.
Görüşdə, həmçinin enerji, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.
Digər Xəbərlər

Ərdoğan: Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir

Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparıldı

Ərdoğan Şuşanın İƏT-in 2026 mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbrik edib

Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"

Azərbaycan-Özbəkistan münasibətləri: Bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan biri

"Xankəndi Qafqazın yeni inkişaf və sülh mərkəzi olacaq" - Ərdoğan
