İmişlidə zəhərlənənlərin sayı 59-a çatdı

İmişlidə zəhərlənmə ilə bağlı daha 4 nəfər xəstəxanaya müraciət edib.
Adalet.az xəbər verir ki, TƏBİB-dən Report-a verilən məliumata görə, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Digər Xəbərlər

PSİXOLOQ: “ …bu kimi səbəblər boşanmalara yol açır”

Azərbaycan səhiyyəsində yeni dövr: Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatları keçirilir

Dəmir yol çörəyi günbəgün " arıq" layır...
