İmtahanından qovulanlara güzəşt edilə bilər? - RƏSMİ AÇIQLAMA
Tez-tez imtahanlarda mobil telefonla imtahan binasına daxil olmağa cəhd halları müşahidə edilir. 14 iyul tarixində keçirilən I və IV ixtisas qrupları (o cümlədən, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bəzi hallarda abituriyentlər imtahanın birinci cəhdində heç bir qanunauyğunsuzluq etməsə də, imtahanın ikinci cəhdində telefonla binaya daxil olmağa çalışırlar.
Bəs imtahanın ikinci cəhdində xaric olunanlara güzəşt tətbiq edilə bilər? Onlar birinci cəhd nəticələri ilə ixtisas seçimi edə bilər?
Bakıvaxtı.az-ın məlumatına görə, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, imtahandan xaric edilənlərə heç bir güzəşt edilməyəcək.
"Qəbul qaydalarına əsasən, həmin şəxslərin müsabiqə nəticələri ləğv olunur. Onlar ixtisas seçiminə buraxılmırlar. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir.
Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilir.
İstər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər", - deyə əlavə edilib.
Digər Xəbərlər
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
02 Oktyabr 2026 12:20
Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55


Bakı -°C

