adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2026 10:32
90
DÜNYA
A- A+

İndoneziya prezidentinin telefon danışıqlarını dinləyən polislər saxlanıldı

İndoneziyada Prezident administrasiyası və hüquq-mühafizə orqanlarında çalışan üç yüksək vəzifəli polis məmuru qanunsuz dinləmə, elektron sistemlərə icazəsiz giriş və elektron məlumatların silinməsi ittihamları ilə saxlanılıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, istintaqın məlumatına görə, prezident Prabovo Subiantonun, eləcə də dövlət rəsmilərinin, siyasətçilərin, media üzvlərinin, icma liderlərinin, vətəndaş cəmiyyəti fəallarının və iş adamlarının telefonları qanunsuz olaraq dinlənilib.

İstintaq çərçivəsində şübhəlilərlə əlaqəli 11 mobil telefon, bir planşet və dörd USB yaddaş qurğusu müsadirə edilib.