İnsanları BƏƏ, Kanada və Avropa ölkələrində işə düzəltmək adı ilə aldatdılar - VİDEO

Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar.
Adalet.az-ın məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.
Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
27 Oktyabr 2025 11:57 Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
27 Oktyabr 2025 10:48 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı
25 Oktyabr 2025 13:53 DİN qumar oyunları ilə bağlı daha 5 dəstəni ifşa etdi - VİDEO
25 Oktyabr 2025 12:41 

Bakı -°C 










