adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Oktyabr 2021 13:59
2412
TEXNOLOGİYA

İnstaqramda yenilik: 1 saatlıq video paylaşmaq olacaq

İnstaqram sosial şəbəkəsi yüklənən videoların müddətini bir dəqiqədən 60 dəqiqəyə qədər artırıb.

Adalet.az xəbər verir ki, əvvəllər müddəti çox olan videolar IGTV tətbiqində yayımlanıb.

Bundan sonra isə IGTV adını "Instagram TV" olaraq dəyişdirəcək.

Bu format sosial şəbəkəyə yalnız video məzmununu izləmək xatirinə daxil olan istifadəçilər üçün əlverişli olacaq.

Xatırladaq ki, IGTV 2018-ci ildə istifadəyə verilib.